Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1384/2024 09.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə X2 tərəfindən DİN-nin BDYPİ-nin EQ-24501272 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətə məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində DİN-nin BDYPİnin EQ-24501272 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş DİN-nin BDYP-yə inzibati işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə inzibati xəta haqqında iş üzrə DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xətaya dair qərardan verilmiş şikayətə xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında baxılması zamanı hazırkı iş üzrə şikayətçinin məhkəməyə ərizəsi daxil olmuşdur. Məhkəmə iclasında şikayətçi ərizəsinə əsasən DİN-nin BDYPİ-nin EQ-24501272 nömrəli, xx.xx.2024-cü tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayətin baxılmamış saxlanılmasını və şikayətin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, X1 ərizəsinə əsasən şikayəti və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 130, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 tərəfindən DİN-nin BDYPİ-nin EQ-24501272 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan verdiyi şikayət icraata qəbul edilməsin və ona geri qaytarılsın. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1384/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1384/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver