Məhkəmə qərarları › İş №3(067)-1385/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1385/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1385/2024 15.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi isayeva Səbinə Cavanşir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X8 X10 yol nəqliyyat hadisələri üzrə baş inspektoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1991-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmış, Xaçmaz rayonunun Bəbəli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 13 noyabr 2024-cü il tarixdə saat təxminən 21:00 radələrində etibarnamə əsasında sərxoş vəziyyətdə idarə etdiyi “Vaz-2106” markalı **-BJ-*** dövət qeydiyyat nişanlı avtomobil ilə Xaçmaz şəhəri, Nizabad yolunda hərəkət edən zaman ötmə əməliyyatı apararkən qarşısında sol tərəf istiqamətdə dönmə əməliyyatı aparan X1 idarə etdiyi “Vaz-2105” markalı **-FU-*** dövət nömrə nişanlı avtomobil ilə toqquşmuş, bundan sonra idarəetməni itirərək yolun sol tərəfində dayanmış “VAZ-21099” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Bundan sonra “VAZ-21099” markalı, **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobil arxasında duran “VAZ-2107” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, həmin avtomobil də özündən arxada duran “Daf FTXF” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və nəticədə zəncirvari qəza törətmişdir. Hdaisə zamanı xəsarət alan olmamış, avtomobillərə ziyan dəymişdir. Yoxlama zamanı Şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi və bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın onun tərəfindən barəsində inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında Xaçmaz rayon X8 X12 yol nəqliyyat hadisələri üzrə baş inspektoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixində saat 21:00 radələrində sürücü Şəxs şərxoş vəziyyətdə idarə etdiyi VAZ 2106 MİNİK markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Niyazabad yolunda hərəkət edən zaman ötmə əməliyyatı aparakən qarşısında yolun sol tərəfinə dönən VAZ 2105 markalı, ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, idarəetməni itirərək yolun sol tərəfində dayanmış VAZ 21099 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. VAZ 21099 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil arxasında duran VAZ 2107 markalı, ** RB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, həmin avtomaşın da özündən arxada duran Daf FTXF markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir və nəticədə zəncirvari qəza törətmişdir. Hadisə nəticəsində xəsarət alan olmamışdır. Hadisə zamanı avtomobillərə ziyan dəymişdir. Bununlada Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 333.3-cü maddəsi ilə inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə göstərmişdir ki, əməlindən peşmandır. Sərxoş olmuşdur. Anam 1-ci qrup gözdən əlidir və xəstə olduğuna görə onun dərman vasitələrini almaq üçün evdən çıxmalı olmuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, tərtib olunmuş inzibati xəta haqqında 14 noyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında 13 noyabr 2024-cü il tarixli alkotestrin nəticəsindən görünür ki, sürücü Şəxs həmin tarixdə sərxoşluq yoxlamasından keçirilmiş və qəbul etdiyi alkoqolun miqdarının (alkoqolun konsentrasiyası) 1.107 promil olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Avtomotoservis və Ticarət Müəssisəsi” Xaçmaz 1 saylı Texniki xidmət stansiyası tərəfindən verilmiş 15 noyabr 2024cü il tarixli, 1818 nömrəli ziyan aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-21074” markalı **-RB-*** dövlət nömrə nişanlı avtomobillin sahibi X2 ümumilikdə 918 manat məbləğində maddi zərər dəymişdir. İnzibati xəta haqqında materiala “Avtomotoservis və Ticarət Müəssisəsi” Xaçmaz 1 saylı Texniki xidmət stansiyası tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli, 1819 nömrəli ziyan aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-21099” markalı **-BN-*** dövlət nömrə nişanlı avtomobillin sahibi X3 ümumilikdə 2488 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədil məsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı, məsuliyyətinin ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırlmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar