Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-139/2021 15.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonun Armudpadar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx.xx.2021-ci il tarixdə saat 00-15 radələrində Xaçmaz-Quba yolunda polis əməkdaşları ilə kobud surətdə danıçaraq ünvansız yerə nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs özünü inzibati xətanı törətməkdə təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyən X1 bildirmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə saat 00-15 radələrində Xaçmaz- Quba yolunda polis əməkdaşları ilə kobud surətdə danıçaraq ünvansız yerə nalayiq ifadələr işlətmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1995-ci ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs xx xxxxxx 2021-ci il tarixdən saat 23-00-dan xx xxxxxx 2021-ci il saat 19-30-dək inzibati qaydada tutulması nəzərə alınmaqla üzərində 06(altı) gün müddətinə inzibati həbs tənbeh saxlanılsın. Şəxs oğlu məhkəmə iclas zalında dərhal həbsə alınsın. Həbsin əvvəli xx xxxxxx 2021-ci il tarixdən saat 19-45-dən hesablansın. Qərar dərhal icra olunsun və qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-139/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-139/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver