Məhkəmə qərarları › İş №3(067)-1399/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1399/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1399/2025 29.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1981-ci ildə Xaçmaz rayonu, Xanlıqoba kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, Xaçmaz rayonu, Xanlıqoba kəndində yaşayan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş 29 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şabran rayon məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(031)-77 saylı icra sənədinə əsasən 12870 manat borcunu, 15 avqust 2022-ci il tarixli, e-2(067)-1665/2022 saylı icra sənədinə əsasən 2500 manat pul və 60 manat mediasiya xərci, 24 avqust 2022-ci il tarixli, 2(067)-1754/2022 saylı icra sənədinə əsasən 1030 manat borcu, 29 mart 2023-cü il tarixli, e-2(067)-96/2023 saylı icra sənədinə əsasən 17960 manat borc pul və dövlət rüsumu olaraq ödənilmiş 143 manat 88 qəpik pul və 100 manat ekspertiza xərci, 05 aprel 2023-cü il tarixli, 2(067)-664/2023 saylı icra sənədinə əsasən 410 manat borcu, Xaçmaz rayon məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(067)-274/2025 saylı icra sənədinə əsasən 2809 manat 35 qəpik borcu ilə bağlı icra sənədlərinin icrasından qəsdən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Nümayəndə izahatında bildirdi ki, Şabran rayon Məhkəməsinin qərarına əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində aliment alınaraq X1 ödənilməlidir. Alimentin tutulması 19 noyabr 2021-ci il tarixdən hesablanır. İş üzrə borclunun 12870 manat aliment borcu yığılmışdır. Bir digər icra sənədinə əsasən Xaçmaz rayon məhkəməsinin qərarına əsasən Şəxs 1000 manat əsas borc 30 manat dövlət rüsumu olmaqla cəmi 1030 manat məbləğində pul vəsaiti alınaraq X4 verilməlidir. Qeyd olunan icra sənədi 20 oktyabr 2022ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Qeyd olunan borc məbləğindən cəmi 200 manat ödəniş olunmuş, hal-hazırda 830 manat borc mövcuddur. Digər icra sənədinə əsasən Xaçmaz rayon məhkəməsinin qərarına əsasən Şəxs 2560 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" ASC-nin hesabına ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə İcra Şöbəsinin icraatına daxil olsa da bu günə qədər ödəniş olunmamışdır. Bir digər işdə isə Şəxs 1435 manat məbləğində pul vəsaiti alınaraq X2 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə İcra Şöbəsinin icraatına daxil olmuşdur. Hal-hazırda borclunun 410 manat məbləğində borcu vardır. Bir digər icra sənədində isə Şəxs 2809 manat 35 qəpik pul vəsaiti alınaraq X3 ödənilməlidir. İcra sənədinə əsasən heç bir ödəniş olunmamışdır və digər ən sonuncu icra sənədinə əsasən iş üzrə borclu Şəxs 18103 manat 88 qəpik pul vəsaiti və 100 manat ekspertiza xərci alınaraq 18103 manat 88 qəpik pul vəsaiti "xxxx" ASC-nin hesabına 100 manat isə ekspertiza mərkəzinin hesabına ödənilməldir. Qeyd olunan icra sənədləri üzrə borcludan kifayət qədər vaxt verilməsinə baxmayaraq, borclu qeyd olunan icra sənədlərinin icrasından yayınır və ən sonunda axtarış nəticəsində Xaçmaz rayon Polis Şöbəsi tərəfindən İcra Şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, o, aliment üzrə və digər icra sənədləri üzrə olan borcunu ödəsə də sonradan səhhətində olan problem ilə bağlı əməliyyat olduğundan ödənişləri edə bilməmişdir. Aliment görə sonuncu ödənişi sentyabr ayında etmişdir. Əyər ona ödəniş edilməsi ilə bağlı məhkəmə tərəfindən vaxt verilərsə günün səhəri 1000 manat məbləğində pulu aliment və digər borclarına verəcəyini bildirmişdir. Qalan borcunu da ayda hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, məhkəmə qərarına əsasən borclu 1435 manat məbləğində puldan müəyyən qədər ona ödənişlər etdikdən sonra borclunun ona 410 manat borcu qalmışdır. Borclunun əməliyyat olduğunu yenicə bilmiş və öyrənmiş və buna görə ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini (bir neçə icra vərəqəsi üzrə böyük xeyli məbləğin yığılması), o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 29 sentyabr 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar