Məhkəmə qərarları › İş №3(067)-14/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-14/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-14/2023 05.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclas katibi X1, Şikayət verən şəxs X3, Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, X3 Xaçmaz DYPB-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : X4 məhkəməyə müraciət edərək Xaçmaz rayon X5 X10 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə saat 23-30 radələrində yaşadığı ünvanda küçədə siqaret çəkən zaman Xaçmaz rayon DYPŞ polis serjantlarının idarə etdiyi **-YP-*** nömrə nişanlı BMV markalı avtonəqliyyat vasitəsini ona məxsus nəqliyyat vasitəsinin arxasında saxladılar və özlərini təqdim etməyərək bir başa bildirdilər ki, alkotesterdən keçməlisən. DYPB-nin əməkdaşları olan İnar və Fəqan ona dedilər ki, sərxoşluq yoxlanılır və səndə alkotesterdən keçməlisən. O, alkotester yoxlamasından keçmiş və alkotersterin nəticəsi onda yüngül dərəcəli sərxoşluq olmasını göstərmişdir. Lakin onlar onu hansısa nəqliyyat vasitəsini idarə edən zaman saxlamayıblar. Onlara bu barədə iradını bildirmiş, lakin polis əməkdaşları onun bu iradına məhəl qoymamış, ona hədə-qorxu gələrək İnar və Fəqan adlı əməkdaşlar post patrul polislərini çağıraraq onu Polis Şöbəsinə aparmışlar və orada yerləşən sanitar qovşağına salaraq ona fiziki zor tətbiq etmişlər. Sonra ondan avtomaşının açarlarını alaraq onun avtomaşınını duracağa gətirərək şantaj etmiş kimi duracağa yerləşdirmişlər. Orada onun telefonunu da alaraq heç kimlə əlaqə saxlamağa imkan vermədilər. Xaçmaz RPŞ-nin 1-ci mərtəbəsində yerləşən sanitar qovşağında onu incidib şəxsiyyətini alçaldan zaman o, dəfələrlə bildirmişdir ki, onun vəkili var şərait yaradın o, vəkili ilə əlaqə saxlasın. Lakin onlar yəni Fəqan və İnar vəkilini də təhqir edərək bildirdilər ki, səni bizim əlimizdən heç kim ala bilməz. O, hələ də bilmir ki nə səbəbə həmin əməkdaşlar onu gecənən aparıb növbətçi hissənin arxasında yerləşən dəmir barmaqlıqlardan ibarət olan saxlama məntəqəsinə salmış, yalnız sabah, yəni 04 dekabr saat 12-00 radələrində onu oradan çıxararaq bildirmişlər ki, sən artıq azadsan və bu hadisəni kiməsə desən ki, səni gecə səhərə kimi burada saxlamışıq, sənin başına min bir oyun gətirəcəyik və nə qədər biz bu vəzifədə işləyirik sən bu rayonda avtomobil idarə edə bilməyəcəksən ona görə ki, sən bizlərin vaxtı-vaxtında hörmətimizi eləmirsən demişlər. Ona qarşı şəxsi qərəzliylərini açıqcasına nümayiş etdirərək bir başa Elçin Tağıyevin adından xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarı çaxartmışlar. O, qanunsuz qəbul edilən qərarın məhkəmə tərəfindən ləğv olunmasına çox ümüd edir. Ona görə də göstərdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xaçmaz Rayon Polis Şöbəsinin nümayəndəsi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə X4 avtomaşını sərxoş vəzityyətdə idarə etmişdir. Bu barədə videogörüntülər də mövcuddur. X4 hətta protokola da imza etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddələri ilə inzibati xəta törətmişdir. Hadisə yeri ilə bağlı inzibati xətanın baş verməsinə dair görüntülər məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan İnzibati tənbeh verilməsi haqqında xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarından müəyyən olunur ki, X4 Azərbaycan Respublikasının İXM-nin 329.3-cü və 333.1-ci maddələrinin tələblərini pozduğuna görə 400 (dörd yüz) manat inzibati cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Xaçmaz rayon X5 X6 inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar şəxsin özünümüdafiə xarakteri daşıyır və iş materialları ilə sübuta yetirilmir. İş materiallarına əlavə edilmiş qərar, izahatlar və videogörüntüdən müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər.i Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : X3 Xaçmaz DYPB-nin xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarından verilmiş şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar