Məhkəmə qərarları › İş №3(067)-14/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-14/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-14/2025 06.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, X1 iştirakları ilə, 22 avqust 1982-ci ildə Quba rayonunun Xınalıq kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Xaçmaz rayonunun Qırağlı kəndində qeydiyyatda olmaqla, Quba şəhəri, Mübariz Qaraxanov küçəsində yaşayan X6 tərəfindən DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında 17 noyabr 2024-cü il tarixli EQ 24655608 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X1 DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında 17 noyabr 2024-cü il tarixli EQ 24655608 saylı qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İnzibati xəta əməli Xızı rayon ərazisində qeydə alındığına görə Xızı rayon məhkəməsinə müraciət etmişdir, sonradan oradan ona qeydiyyatda olduğu yer Xaçmaz rayonu olduğuna görə işə qeydiyyatda olduğu yer üzrə yəni Xaçmaz rayon məhkəməsinə müraciət etmək hüququnun olmasını izah edildikdən sonra ərizəsi alınaraq, iş materialları ona qaytarılmışdır və o, buna görə hazırki, ərizə ilə qeydiyyatda olduğu yer üzrə Xaçmaz rayon məhkəməsinə müraciət etmişdir. İşin mahiyyətinə gəldikdə isə o, bildirmişdir ki, onun idarə etdiyi nəqliyyat vasitəsi beş oxlu nəqliyyat vasitəsidir və normaya görə hər oxa 8 ton yük vurmaq olur. Onun idarə etdiyi nəqliyyat vasitəsi 5 oxludur deyə ona 40 ton yük daşımasına icazə var. Onun da nəqliyyat vasitəsinə yüklədiyi yük 40 ton 20 kq olmuşdur, elektron tərəzi isə onun yükünü səhv ölçərək onun yükünü 42 ton 780 ilə çəkib və buna görə 600 manat cərimə olunmuşdur. Halbur ki, həmin vaxt onun idarə etdiyi nəqliyyat vasitəsinə yüklədiyi yükün ölçüsü 40 ton 20 kq olmuşdur və buna sübut kimi məhkəməyə tərəzi qəbzini də təqdim etmişdir. O, barəsində olan cərimə məbləği ilə razı olmayaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında 17 noyabr 2024-cü il tarixli EQ ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 noyabr 2024-cü il tarixli EQ seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 17 noyabr 2024-cü il tarixdə X6 idarə etdiyi “MAN TGX 18.440 YÜK” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə M-1 65.1 KM, Xızı rayonu Giləzi kəndi, Bakı istiqamətində hərəkətdə olarkən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərini pozmuşdur; 17 noyabr 2024-cü il tarixli EQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 17 noyabr 2024-cü il tarixdə X6 idarə etdiyi “MAN TGX 18.440 YÜK” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Xızı rayon məhkəməsinin 05 dekabr 2024-cü il tarixli, 2(069)- 55/2024 saylı sorğusuna əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin cavabından və “Ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamədən görünür ki, qeyd olunan tərəziyə dair Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan X4 Hüquqi Şəxs tərəfindən rəsmi olaraq şəhadətnamə verilmişdir. X2 tərəfindən məhkəməyə təqdim edilmiş 17 noyabr 2024-cü il tarixli tərəzi qəbzində göstərilən saat 10:43 ilə iş materiallarına əlavə edilmiş 17 noyabr 2024-cü il tarixli, EQ seriyalı 24655608 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilən saat 11:14 arasındakı fərq 31 dəqiqə təşkil edir. Bu da onu təsdiq edir ki, X6 idarə etdiyi “MAN TGX 18.440 YÜK” markalı ** SR *** dövlət qeydiyyat nişanlı avtomaşını Quba rayonundan Xızı rayonuna 31 dəqiqəyə çatması qeyri mümkündür. Belə olan halda, X5 təqdim etdiyi qəbz iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı məhkəmə qeyd edir ki, şəxsin hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə- fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Sadalananlara əsasən məhkəmə hesab edir ki, DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında 17 noyabr 2024-cü il tarixli EQ 24655608 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı qanuni olduğundan şikayət təmin edilməməli, adı çəkilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X1 DİN BDYPİ-nin inzibati tənbeh vermə haqqında 17 noyabr 2024-cü il tarixli EQ 24655608 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar