Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-140/2021 15.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədirliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, xx.xx.1980-cı ildə Ağdam rayonunun, Sarıçoban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi, ev 2-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Xaçmaz rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: Şəxs xx.xx.2021-ci il tarixdə küçədə nalayiq söyüşlər söymüş, polis əməkdaşları ona yaxınlaşıb, özlərini ona təqdim etdikdə o, onların qanuni tələblərinə tabe olmamış və qanuna zidd əməllərini davam etdirmişdir. Məhkəmədə izahat vermiş Şəxs bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə o, sərxoş vəziyyətdə küçədə oturub nalayiq söyüşlər söyərkən polis əməkdaşları ona yaxınlaşaraq, oradan getməyi tələb etsələr də, o, onların qanuni tələblərinə tabe olmadan öz qanuna zidd hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu Xaçmaz RPŞ-ə gətirmişlər.Törətdiyi əməldən peşman olduğunu və barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında xx xxxxxx 2021-ci il tarixli MN ******* №-li protokolla sübuta yetirilir. Məhkəmə Şəxs inzibati tənbeh növü təyin edərkən, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eyni zamanda, törədilmiş inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, onun barəsində inzibati həbs inzibati tənbeh növü təyin olunmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan İnzibati qaydada tutma haqqında xx xxxxxx 2021-ci il tarixli saylı protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 23:00-da tutulmuş və xx xxxxxx 2021-ci il tarixdə saat 19:30-da azad edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində 7 (yeddi) gün müddətinə inzibati həbs inzibati tənbeh növü təyin edilsin. xx.xx.2021-ci il tarixdən, saat 23:00-dan xx xxxxxx 2021-ci il saat 19:30-a kimi həbsdə saxlandığı müddət nəzərə alınaraq üzərində qəti olaraq 6 (altı) gün müddətinə inzibati həbs inzibati tənbeh növü saxlanılsın. Qərarın icrası Xaçmaz RPŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №3(067)-140/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-140/2021
15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver