Məhkəmə qərarları › İş №3(067)-1401/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1401/2022

05.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1401/2022 05.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Çuxuroba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 04 sentyabr 2022-ci il tarixdə, saat 11:00 radələrində Xaçmaz rayonunda Quba rayonuna gedən yolun kənarında yerləşən fındıq sexinin qarşısında polisin ünvanına səsli söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, o, 04 sentyabr 2022-ci il tarixdə Xaçmaz rayonunun Çuxuroba kəndində yaşayan X3 evinin yanması ilə bağlı olaraq şübhəli bilinən Şəxs işlədiyi Xaçmaz şəhəri Quba yoluna gedən yolun kənarında yerləşən fındıq sexinə getmiş, həmin vaxt Şəxs fındıq sexinin qarşısında polisin ünvanına nalayiq küçə söyüşləri söyüb polis şöbəsinə getməkdən imtina edərək polisin qanuni tələbinə tabe olmamış, bu səbəbdən onu PPX-nin avtomobilinə əyləşdirərək polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs qeyd olunan əməli törətdiyini etiraf edərək özünü inzibati xətanı törətməkdə təqsirli bilmiş, əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. İş materiallarında olan 04 sentyabr 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində Xaçmaz rayonunda Quba rayonuna gedən yolun kənarında yerləşən fındıq sexinin qarşısında polisin ünvanına səsli söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan izahatlardan, məhkəmə iclasında verilmiş izahatlardan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 sentyabr 2022-ci il tarixdə, saat 11:00-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1990-cı ildə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 04 sentyabr 2022-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar