Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1405/2022 23.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Xuray kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq m ü ə y y ə n et d i : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, 24 avqust 2022-ci il tarixdə saat 08:16 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayon ərazisindən keçən 29-cu km-də idarə etdiyi Mersedes Benz E270 CDİ markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən X2 idarə etdiyi Kia Cerato markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə o, avtomobilində olan sərnişinlər müxtəlif bədən xəsarətləri almışlar. Bununla da Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əsaslarla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 avqust 2022-ci il tarixdə saat 08:16 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayon ərazisindən keçən 29-cu km-də idarə etdiyi Mersedes Benz E270 CDİ markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən X2 idarə etdiyi Kia Cerato markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Barəsində müvafiq protokol tərtib edilmişdir. Törətdiyi əməldən peşman olduğunu qeyd etmişdir. İş materiallarında olan 23 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsi ilə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və iş üzrə toplanmış materiallar ilə tam təsdiq olunur. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Quləhməd oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərarverdi: xx.xx.1973-cü ildə Xaçmaz rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-1405/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1405/2022
23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver