Məhkəmə qərarları › İş №3(067)-1406/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1406/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1406/2022 15.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, X5 Xidməti Şimal regional X5 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xətaya dair materialda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon Köhnə-Xaçmaz kəndinə yerləşən Şəxs MMC-yə məxsus Qafqaz YDM-də keçirilən planlı yanğın texniki müayinə zamanı “X1” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında X5 Xidməti Şimal regional X5 İdarəsinin nümayəndəsi X4 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon Köhnə-Xaçmaz kəndinə yerləşən Şəxs MMC-yə məxsus Qafqaz YDM-də keçirilən planlı yanğın texniki müayinə zamanı “X1” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin tələblərini pozmuşdur. Şəxs MMC məhkəmənin ünvanına məktub göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 08 avqust 2022-ci il tarixli 2140 saylı Yanğın-Texniki Müayinənin aparılması haqqında Qərardan görünür ki, 08 avqust 2022-ci il tarixində Şəxs MMC-yə məxsus Qafqaz YDM-də keçirilən planlı yanğın texniki müayinə zamanı “X1” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN № **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində (200 iki yüz) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim:Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar