Məhkəmə qərarları › İş №3(067)-1407/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1407/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1407/2025 02.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ X25 Məhəmməd qızının sədrliyi, X9 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6, zərərçəkmiş şəxs (tələbkar) X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Xaçmaz rayon İcra və X12 Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 02 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi borclu Şəxs Xaçmaz rayon məhkəməsinin 2(067)-153/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsində icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək qərəzli olaraq icra etməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi Xaçmaz rayon İcra və probasiya şöbəsinin icraatına 2024-cü ilin fevral ayında daxil olmuşdur. İcra sənədinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X15 cavabdeh Şəxs alınaraq iddiaçı X3 himayəsinə verilməlidir. İcra sənədi üzrə dəfələrlə Xaçmaz rayon İcra və probasiya Şöbəsində Xaçmaz rayon İcra Hakimiyyəti Yetkinlik Yaşına Çatmayanların işləri və Hüquqlarının Müdafiəsi Komissiyasının mütəxəssislərinin iştirakı ilə birlikdə icra tədbirləri görülmüş, icra tədbirləri zamanı uşaq anası ilə təxminən 1 saat 10 dəqiqə müddətində ünsiyyətdə olsa da, anası ilə getmək istəmədiyini bildirmişdir. İcra tədbirləri zamanı şəxsən özüm iştirak etmişəm, xx.xx.2018-ci il təvəllüdlü X15 təzyiq göstərildiyi üçün anası ilə getməkdən imtina etmişdir. Həmçinin tərəfindən Təhsil Şöbəsindən mütəxəssis dəvət olunmuş, mütəxəssis tərəfindən tərtib edilmiş akta da göstərilir ki, uşağa hər hansı təzyiq göstərilməsi mövcuddur, bununla əlaqədar olaraq anası ilə getməkdən imtina edir. Həmçinin icra sənədi üzrə borclu İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatı alınmış, izahatında uşağı anasına verməməsinə səbəb kimi uşağın anasının ikinci dəfə ailə həyatı qurmasını, ailə həyatı qurduğu şəxsin məhkum olmasını göstərmiş, bununla da uşağı anasının himayəsinə verməkdən imtina etmişdir. Bununla əlaqədar olaraq şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Atası uşağa anası ilə getməsini bildirsə, uşaq bununla razılaşacaqdır. O, inzibati xəta haqqında protokolun təmin edildiyini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunan maddə ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, uşaq 4 yaşından onun yanında qalır. Tələbkar uşaqlarla maraqlanmamış, təyin olunan alimenti də ödəməmişdir. Uşağı və digər övladları bir birindən ayrı qalmaq istəmirlər. Uşağa o baxmış, o, işdə olarkən anası baxmaqdadır. Tələbkar yeni ailə qurub, 1 övladı da var, hazırkı həyat yoldaşının məhkumluğu var. Həmçinin, o, uşağa izah onun gedəcəyi ailədə yad insanlarla yaşamalı olacağını izah etmişdir. Uşaq ona anasının yanına getmək istəmədiyini bildirmişdir. O, uşağı qardaşlarından ayırmaq istəməmişdir. Uşağa hər bir diqqət və qayğını mən təmin etməkdədir və uşağa hər hansı bir təzyiq göstərməmişdir. Bundan ötrü o, uşağı anasına vermək istəmədiyini, onun yanında qalmasını istədiyini və tələbkarın istədiyi vaxt gəlib uşaqla görüşə biləcəyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, iddia üzrə Ali Məhkəmənin qərarı da mövcuddur. Onun bir ana kimi övladı ilə görüşmək hüququ var. Lakin övladı ilə görüşməsi təmin olunmamışdır. Uşaq atası ilə birlikdə yaşayır, atasının təsiri altında olduğu üçün onun yanına gəlmir. Amma uşaqla təklikdə danışdıqda onunla normal ünsiyyət qurur. Uşaq üçün oyuncaq alanda o, bildirir ki, evə apara bilməyəcək, nəinki atası heç kim buna icazə vermir. Onun ikinci həyat yoldaşı yaxşı insan olmasaydı o həmin şəxslə ailə qurmazdı. Təhlükəli bir mühit olsa idi o, uşağını həmin evə aparmaq istəməzdi. O, ata evinə qayıdarkən böyük oğlanlarını özü ilə aparmamışdır. Lakin kiçik oğlunu özü ilə aparmışdır. O, uşaqlarının yanında atalarının cərimə, yaxud həbs olunmasını istəməmişdir. Lakin uşağının ona verilməsini xahiş etmişdir. O, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 02 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, tərəflərin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X16 tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət daxil olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 2(067)-153/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilsin. Şəxs ilə X5 arasında xx.xx.2004-cü ildə bağlanmış nikah qeydi pozulsun. xx.xx.2008-ci il təvəllüdlü X18iu yetkinlik yaşına çatana qədər - cavabdeh (atäsi) Şəxs yanında (himayəsində) qalsın. xx.xx.2018-ci il təvəllüdlü X15 cavabdeh Şəxs alınaraq iddiaçı X3 himayəsinə verilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq 17.1Ö.İ2ÖÖ8-H il təvəllüdlü X1 üçün hər ay 160 manat sabit pul məbləğində aliment X2 tutularaq Şəxs verilsin. xx.xx.2018- ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 190 manat məbləğində aliment həmin uşaq atadan anaya verildiyi tarixdən hesablanmaqla Şəxs tutularaq X4 verilsin, iddia qalan hissədə təmin olunmasın. Məhkəmş qətnaməsi alimentin tutulması hissəsində dərhal icra olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı Şəxs, 50 manatı isə X2 alınaraq Dövlət 'Xəzinödarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X14 tərəfindən 2(067)-153/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. - xx.xx.2025-ci il tarixdə Şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə verdiyi izahatından müəyyən edilir ki, qeyd olunan icra sənədi üzrə xx.xx.2018-ci il təvəllüdlü Ömər Mirzəbəyovun anasına getmək istəməməsinə onun uşağa qarşı hər hansı bir təzyiqi olmamışdır. - xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli uşaqla ünsiyyət barədə “Akt”dan müəyyən edilir ki, qeyd olunan icra sənədini əsas tutaraq xx.xx.2025-ci il tarixə icra tədbiri təyin edilmiş və bu barədə tərəflərə rəsmi qaydada bildiriş göndərilmişdir. Xaçmaz RİH YYÇİH Müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçisinin və məktəb psixoloqunun iştirakı ilə uşaq anasının iştirakı ilə dindirilmişdir. X15 anasına təxminən 45 dəqiqə ərzində ünsiyyətdə olsada o buna etiraz etmişdir. Məktəb psixoloqu X10 fikir olaraq bildirmişdir ki, uşaqda emosional gərginlik müşahidə olunur, uşaq özünü ifadədə çətinlik çəkir və söhbət zamanı qorxu və güvən zəifliyi müşahidə olunur. Həmçinin danışıq zamanı qeyri-vebral (danışarkən gözləri qaçırtma, danışmaqdan çəkinməsi və s.) davranışlar müşahidə olunur. Xaçmaz RİH YYÇİH Müdafiəsi üzrə komissiyanın aparıcı məsləhətçisi X17 isə öz fikirlərini və ümumi nəticə barədə rəy təqdim edəcəkdir. - Şəxs xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli “Xəbərdarlıq” məktubları təqdim olunmuşdur. - xx.xx.2025-ci il tarixli Xaçmaz RİH-nın məktubundan müəyyən edilir ki, məhkəmə qərarının icrasının uşağın mənafeyini nəzərə almaqla mümkünlüyü barədə qanunvericiliyə uyğun baxılması məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx xxx 1979-cu ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar