Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1408/2022 08.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu İnzibati xətaya dair qərardan şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair X3 tərəfindən verilmiş vəsatəti nəzərdən keçirərək m ü ə y y ə n e t d i: X3 vəsatətlə məhkəməyə müraciət edərək barəsində X4 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarından şikayət vermək müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, Xaçmaz rayon məhkəməsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Quba Regional Ərazi Şöbəsinin rəisi X2 "xxxx" MMC-nin icraçı direktoru X3 barəsində qəbul etdiyi 13 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayət vermişdir. O, şikayətində qeyd etmişdir ki, inzibati xəta haqqında qərar ona poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada verilmiş, həmin qərardan o, xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia icraatında şikayət vermişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)- 2321/2022 saylı qərardadı ilə iddia mümkün sayılmayaraq, ona izah edilmişdir ki, inzibati xəta haqqında qərardan şikayəti ərazi üzrə məhkəməyə verilməlidir. Qərardadın surəti nümayəndəsi və vəkili H.M.Məlikova rəsmi qaydada xx.xx.2022-ci il tarixdə verilmişdir. Beləliklə, inzibati xəta haqqında qərardan Xaçmaz rayon məhkəməsinə şikayət vermək müddətini o, üzrlü səbəbdən buraxmışdır. Daha doğrusu, barəsində olan inzibati xəta haqqında qərardan ərazi üzrə məhkəməyə şikayət etməli olduğunu Sumqayıt İnzibati Məhkəməsinin qərardadını aldıqdan sonra bilmişdir, çünki iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərkən düşünmüşdür ki, barəsində inzibati xəta haqqında qərar çıxarmış orqan inzibati orqan olduğundan və onun də hüquqi şəxsin rəhbəri olduğundan həmin qərarla bağlı şikayəti inzibati məhkəməyə verməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Quba Regional Ərazi Şöbəsinin rəisi X2 "xxxx" MMC-nin icraçı direktoru X3 barəsində qəbul etdiyi 13 iyun 2022-ci il tarixli MN № ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından şikayət vermək müddətinin onun tərəfindən üzrlü səbəbdən buraxılmasını nəzərə almaqla bu müddətin ona münasibətdə bərpa edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə vəsatəti, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından müəyyən olunur ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2022ci il tarixində qəbul edilsə də, şikayət məhkəməyə 06 sentyabr 2022-ci il tarixdə daxil olmuşdur. Lakin məhkəməyə təqdim edilmiş sənədlərlə şikayətdə qeyd olunmuş inzibati tənbehvermə haqqında qərarın şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, həmin qərardan şikayətvermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilməsi qaydaları müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə səlahiyyətli orqana müraciət etmək hüququ izah edilməlidir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi qərarın ona nə vaxt təqdim edilməsinə dair müvafiq sənədi şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 X4 Xidmətinin Quba-Xaçmaz regional şöbəsi tərəfindən tərtib edilmiş inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1408/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1408/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver