Məhkəmə qərarları › İş №3(067)-1409/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1409/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1409/2023 13.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, qərarından şikayət verilmiş 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 Səttar oğlunun, şikayət vermiş şəxs Xaçmaz rayonu, Susayqışlaq Bələdiyyəsinin sədri Nümayəndə1 iştirakı ilə, Xaçmaz rayonu, Susayqışlaq Bələdiyyəsinin sədri Nümayəndə1 tərəfindən 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i : Xaçmaz rayonu, Susayqışlaq Bələdiyyəsinin sədri Nümayəndə1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı,xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, 5 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 3000 manat cərimə olunmuşlar. Qanuvericilikdə meşə tullantılarının yığılması, daşınması bələdiyyənin vəzifəsi olmadığını bildirmişdir. Bələdiyyənin maliyyə imkanları daxilində ərazini tullantılardan təmizləyir və insanlarla marifləndirici işlər görülür. Bələdiyyə ərazisində onların tərəfindən sakinlərlə sıx əlaqədə olaraq maşın təşkil olunaraq iki kəndin ərazisi təmizlənir. Həmin kəndin ərazisində daş çıxarılan quyu vardır ki, həmin quyu təmizlənmişdir. Həmin təmizlik işləri ilə xüsusi şirkətlər və yerli icra hakimiyyəti nümayəndələri, kommunal-təsərrüfat idarələri maraqlanmalıdırlar. Bələdiyyənin texnikası olmadığından kommunal təsərrüfat idarəsi zibillərin təmizlənməsi ilə əlaqədar müqavilə bağlamamışdır. Bələdiyyə ərazisindəki tullantıların təmizlənməsi onların vəzifəsi olmadığını, lakin təmiz saxlanılmasına nəzarət etmək vəzifələrinin olduğunu bildirmişdir. Əlavə olaraq, şikayət vermiş şəxs Xaçmaz rayonu, Susayqışlaq Bələdiyyəsinin sədri Nümayəndə1 barəsində tətbiq edilmiş 3000 manat cəriməni Bələdiyyənin maliyyə vəziyyətinə görə ödəmə imkanın olmadığını nəzərə alaraq, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 Səttar oğlu izahat verərək bildirmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə Xaçmaz rayonu ərazisində ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin tələblərinin icra olunması vəzifəsinin araşdırılması məqsədilə keçirilən reyd zamanı Xaçmaz rayonu, Susayqışlaq bələdiyyəsinin Maqsudkənd kəndində tullantıların qanunsuz olaraq qalaqlandığı, daşınmasının təmin olunmadığı müəyyən olunmuşdur. Faktla əlaqədar olaraq protokol tərtib olunmuşdur. 16 oktyabr 2023-cü il tarixdə məcburi göstərişin tələblərinin icrasıyla bağlı yenidən baxış keçirilmiş və həmin tullantıların daşındığı müəyyən olunmuşdur. Həmçinin bildirmişdir ki, Azərbaycan Respublikasının “Bələdiyyələrin statusu haqqında” Qanunun 6-cı maddəsində göstərilir ki, bələdiyyələr dövlətin ekoloji proqramları ilə yerli ekoloji proqramların əlaqələndirilməsinə, müəyyən hallarda birgə tədbirlərin həyata keçirilməsinə yardım göstərirlər. Əlavə olaraq bildirmişdir ki, həmin tullantılar kəndin çıxışında, yolun kənarında qalaqlanmışdır. Həmin tullantıların atıldığı yer dərədir, tullantılar atıldıqdan sonra bələdiyyə tərəfindən üstü torpaqla örtülərək basdırılmış və yandırılmasının qarşısı alınmışdır. Məhkəmə ərizəçinin, qərarından şikayət verilmiş 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından və digər iş materiallarından görünür ki, Xaçmaz rayonu, Susayqışlaq Bələdiyyəsinin sədri Nümayəndə1 Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 oktyabr 2023-cü il tarixli, 81817 nömrəli AKT-dan görünür ki, tullantılar həmin ərazidən daşınmışdır və həmin ərazinin təmizlənməsində Susayqışlaq Bələdiyyəsinin sədri Nümayəndə1 iştirak etmişdir. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunubolunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Belə ki, məhkəmə iclasında Xaçmaz rayonu, Susayqışlaq Bələdiyyəsinin sədri Nümayəndə1 şikayət ərizəsi əsasında 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən MN ******* saylı inzibati tənbehvermə haqqında qərara istinad olunaraq iş materiallarında sübut kimi yalnız “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli Qərarını əlavə etməklə kifayətlənmişdir, Halbuki, həmin qərarın 10.5-ci bəndində bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunmasının və əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlərin həyata keçirildiyi qeyd olunmuşdur. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı : Şikayət təmin edilməsin. Xaçmaz rayonu, Susayqışlaq Bələdiyyəsinin sədri Nümayəndə1 tərəfindən 05 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Əliyeva .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar