Məhkəmə qərarları › İş №3(067)-141/2021

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-141/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-141/2021 26.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X4 iştirakı ilə, xx.xx.1998-ci ildə Xaçmaz rayonunun, Köhnə Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, suba, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Köhnə kəndində yaşayan X1 Xaçmaz rayon polis şöbəsinin müavini polis kapitanı X5 xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz rayon polis şöbəsinin müavini polis kapitanı X6 tərəfindən X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə olunmasına dair xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı qərar tərtib olunmuşdur. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon polis şöbəsinin müavini polis kapitanı X5 xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 şikayəti belə əsaslandırmışdır ki, atasının Xaçmaz-Xudat yolunun sağ tərəfində kiçik bir avto yuma məntəqəsi var. Həmin obyektdə o işləyir. Onlara karantin dövründə avto yuma məntəqəsini işlətməmək barədə xəbərdarlıq edilməmişdir. Eyni zamanda da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarında avto yuma məntəqələrinin işləməsinin qadağan olunması göstərilməmişdir. xx.xx.2020-ci il tarixdə avto yuma məntəqəsində işlədiyi zaman Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları gəlib onu guya karantin qaydaların pozduğuma görə 200 (iki yüz) manat miqdarında cərimə ediblər, halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 -ci maddəsində cərimə məbləğinin miqdarı 100 manatdan 200 manata qədərdir. (bunun tək səbəbi hər ay rüşvət verməməyimizdir). Xaçmaz şəhərində bütün avto yuma məntəqələri işlədiyi halda, o, başa düşə bilmir ki, niyə onu cərimə edirlər. Burada cərimə təyin edən şəxslərin maddi marağının olması şübhəsizdir. Onun anası ankoloci xəstədir. Mütəmadi olaraq müayinə və müalicə olunur. Sözsüz ki, buna da müəyyən maddi xərc tələb olunur. Pandemiya ilə əlaqədar o, 190 manat müavinət ala bilmir. Belə olan təqdirdə onun cəriməni verməyə maddi imkanı çatmır. Ailələrinin maddi durumu çətin vəziyyətdədir. Barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN №0146779 saylı inzibati tənbeh tətbiq etmək haqqında qəqarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində xüsusi karantin reciminin müddəti 2020ci il 28 dekabr saat 06:00-dək uzadılmış, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdır Həmin qərara əsasən 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılmışdır. Qərara əsasən fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır; 1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti; fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti; səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri; kommunal xidmətlər (su, elektrik enercisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti; fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti; apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti; kütləvi informasiya vasitələrinin fəaliyyəti; mühafizə xidmətləri. Məhkəmə hesab edir ki, müvafiq qərara əsasən avtoyuma fəaliyyəti fəaliyyətinə icazə verilən sahələrə aid edilmədiyi üçün Xaçmaz RPŞ-nin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 şikayəti əsassız olduğundan təmin oluna bilməz. Belə ki, iş materiallarında olan sənədlərdən X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi tam sübuta yetirilir, Xaçmaz rayon polis şöbəsinin müavini polis kapitanı X5 xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. AR İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. AR İXM-nin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115, 117, 128 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Xaçmaz rayon polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarından şikayəti təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar