Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1411/2025 03.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, X2 tərəfindən DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ_30523687 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, müəyyən etdi: X2 tərəfindən DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ_30523687 nömrəli qərarından verilmiş şikayət ərizəsi məhkəməyə daxil olmuşdur. İnzibati xətaya dair qərardan verilmiş şikayətin məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı inzibati xəta hadisəsinin X3 tərəfindən törədilməsinə baxmayaraq, şikayətin X2 tərəfindən verildiyi müəyyən edilmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X2 DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ_30523687 nömrəli qərarından şikayət vermək hüququ olmadığından şikayəti icraata götürərək baxmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1.ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Belə olan halda məhkəmə hesab edir ki, X2 tərəfindən DİN BDYPİ-nin xx.xx.2025ci il tarixli, EQ_30523687 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Xaçmaz rayon məhkəməsinə verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər qəbul edilmədən onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin109, 128, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ_30523687 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət icraata qəbul edilməsin və əlavə edilmiş sənədlərlə birlikdə X1 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1411/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1411/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver