Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1413/2025 02.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz RPŞ tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət edilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, vətəndaş Şəxs təxminən bir həftə bundan əvvəl Xaçmaz şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında bir ədəd kağız bükümdə olan qurudulmuş marixuana taparaq ondan istifadə etmişdir. Məhkəmə iclas zalında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, 01 oktyabr 2025-ci il tarixdə Xaçmaz RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis mayoru X4 Xaçmaz rayonu, Hacılar kənd sakini Şəxs narkotik vasitə istifadə etməsi barədə məlumat daxil olmuşdur. X8 gətirilərək barəsində təhqiqat araşdırması aparılmış, onun əməlində İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan baxılması üçün Xaçmaz RPŞ-nin İTB-nə həvalə olunmuşdur. Vətəndaş Şəxs təxminən 1 həftə bundan əvvəl Xaçmaz şəhərində Mərkəzi Bazar adlanan yerdə, yolun kənarından bükülü tapmış, həmin bükülünün içərisində olan qurudulmuş marixuananı siqaret dənəsinin içərisinə dolduraraq istifadə etmişdir. Buna görə də İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin o, məqsədlərinin vətəndaşın islah olunması olduğunu bildirmişdir. Məhkəmə iclas zalında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü qeyd olunan maddə ilə təqsirli olduğunu bilərək izahatında göstərmişdir ki, 3-4 il bundan əvvəl narkotik vasitədən istifadə etmiş, sonradan tərgitmişdir. Lakin sonuncu dəfə təxminən 6-7 gün əvvəl narkotikdən istifadə etmişdir. Əməlindən peşman olduğunu və barəsində inzibati cərimə növündə tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, ekspertiza rəyi, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Raport”dan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə Xaçmaz RPŞ-nin NMQ-nın ə/m., polis mayoru X7 RPŞ-nin rəhbərliyinə raport ilə məruzə edərək Xaçmaz rayonu, Hacılar kəndində yaşayan Şəxs narkotik vasitə istifadə etməsi barədə məlumat daxil olmasını bildirmişdir. Aparılmış araşdırma zamanı toplanmış materialda cinayət tərkibi müəyyən edilməmiş, bu səbəbdən də müraciət əsasında aparılmış yoxlamanın nəticələri üzrə xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən Xaçmaz RPŞ-nin NMQ-nın ə/m., polis mayoru X3 raportu əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi bağlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan qəbul edilmiş qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Xaçmaz RPŞ-nin İTB-ya göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-in Ambulator X1 xx.xx.2025-ci il tarixli, №-li 6115 rəyindən müəyyən edilir ki, Şəxs Kannabinoidlərin istifadə etməsi halları olub. Lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəində profilaktik qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan müəyyən edilir ki, vətəndaş Şəxs təxminən bir həftə bundan əvvəl Xaçmaz şəhərində yerləşən Mərkəzi bazarın yaxınlığında bir ədəd kağız bükümdə olan qurudulmuş marixuana taparaq ondan istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə AR İXM-nin 32-ci maddəsinə əsaslanaraq Şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə araşdırması zamanı Şəxs əməlini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin əməlini etiraf etməsi, əməlindən peşman olmasını nəzərə alınaraq, törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınsın. Qərarın icrası Xaçmaz rayon Polis şöbəsinə və Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1413/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1413/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver