Məhkəmə qərarları › İş №3(067)-1419/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1419/2023

16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1419/2023 16.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə 02 avqust 1988-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qusarçay kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 1289566/22 saylı icra sənədinə əsasən 700 manat cəriməni qərəzli olaraq ödəməyərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, övladları ilə dəniz kənarına balığ almaq üçün getdikdə 700 manat məbləğində cərimə olunmuşdur, lakin həmin cəriməni ödəməyə maddi imkanı yoxdur. Həmçinin bildirmişdir ki, əvvəllər məhkumluğu olmayıb. O, heç yerdə işləmədiyini, xəstə olduğunu və bu barədə pensiya almadığını, himayəsində 3 və beş yaşında ikisi əkiz olmaqla üç övladı olduğunu bildirərək barəsində ictimai işlər növündə tenbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsininin xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarından görünür ki, Şəxs 700 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan qərardan görünür ki, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 05 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı icra sənədi nəzərdən keçirilərək icraata başlamaq haqqında qərar qəbul olunmuş. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və həmin bildirişi almışdır. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı alınmış, əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. İş materiallarından görünür ki, 30 oktyabr 2023-cü il tarixdə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru tərəfindən, Şəxs barəsində, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində ictimai işlər inzibati tənbeh növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Qəraraaldı: 02 avqust 1988-ci ildə Xaçmaz rayonunun Qusarçay kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 160 (yüz altımış) saat müddətində ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar