Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1426/2024 10.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, qərardan şikayət vermiş şəxs X3 və qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 fevral 2024-cü il tarixli, MM №1783727 saylı qərarından verdiyi şikayət ərizəsinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 fevral 2024-cü il tarixli, MM №1783727 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. X6 şikayət ərizəsini onunla əsaslandırmışdır, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi xx.xx.2024-cü il tarixdə onu Xaçmaz rayonu, Baraxum kəndinin yaxınlığından keçən hissəsində çayın yatağından iki ədəd guya bioloji inkşafda olan qovaq ağaclarını lazimi icazə sənədi olmadan kəsərək məhv etməyi barədə protokol yazaraq 5000 manat cərimə etmişdir. Hansı ki, həmin ağaclar qurumuş vəziyyətdə idi. O, inkşafda olan hər hansı bir ağac kəsməmişdir və bu barədə ekologiyanın əməkdaşlarınada bildirmişdir. Qanunsuz olaraq hərəkət etməmişdir. Hansı ki, mənə guya qanunsuz ağac kəsməyi barədə protokol yazaraq 5000 (beş min) manat cərimə etmişdilər. O, həmin ərazidə yaxudda digər yerlərdə qanunsuz olaraq ağac kəsimi ilə məşğul deyildir. Qadağan olunmuş heç bir ağac kəsməmişdir. Onu hər hansı bir yaş ağac kəsən zaman tutmamışlar. Bunun üçün hər hansı bir sübut yoxdur. Ümumiyyətlə video çəkilişlərə nəzər yetirilsə ağacların çürümüş və qurumuş vəziyyətdə olması açıq aydın görünür. Bundan başqa da ona əlavə olaraq inzibati tənbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi haqqında qərar qəbul edərək 3000 (üç min) manat dəbbə pulu yazılmışdır. Hansı ki, ona rəsmi göndərilən məktublar çatmamışdır. Onun dəvət olunmağından xəbəri olmamışdır. Bunu mənim adımdan poçt xəbəmamələrinə atılan imzalara diqqət etsək sübut olunasıdır. Mən hər hansı bir poçt məktubunu qəbul etməmişdir. Bu səbəbdəndə ona 3000 manat dəbbə pulu əsassız yerə hesablanmışdır. Əgər ekspert təyin olunsa bütün sübutları öz əksini tapacaqdır. Ona ümumilikdə əsassız yerə 8000 manat cərimə hesablanmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə almışdır. Onun hüquqlarını pozduğuna görə məhkəməyə müraciət edərək, qeyd olunan qərarın ləğv olunmasını istəyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı xx.xx.2024-cü il tarixli qərarı məhz bu baxımdan da qanuni və əsaslı deyildir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs - X6 şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, qərarlar ona rəsmi qaydada gəlmədiyinə görə də xəbəri olmamışdır. Məktubu ona iş yerində vermişlər. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 şikayət ərizəsinin təmin edilməməsini xahiş edərək, məktubların vətəndaşın ünvanına çatması ilə bağlı xəbərnamələri məhkəməyə təqdim etmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq, qərardan şikayət vermiş şəxs X3 da izahatı ilə müəyyən etmişdir ki, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 fevral 2024-cü il tarixli, MM № ******* saylı qərarından şikayət vermə müddətini ötürmüşdür. Belə ki, sözügedən qərarı hansı tarixdə aldığına dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 fevral 2024-cü il tarixli, MM №1783727 saylı qərarından şikayət vermə müddətini ötürdüyündən həmin şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məhkəməyə təqdim etdiyi, iş materiallarına əlavə olunan poçt xəbərnamələsinin təsdiq olunmuş surətindən və Mehman Hüseynova ünvanlanmış 28 fevral 2024-cü il tarixli məktubdan müəyyən olunur ki, sözügedən inzibati xəta haqqında qərar X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 29 fevral 2024-cü il tarixdə rəsmi olaraq göndərilmiş və 07 mart 2024-cü il tarixdə Mehman Hüseynov tərəfindən alınmışdır. Azərbycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi, qərardan şikayət verən şəxs şikayətini qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ərzində verməyərək, şikayət vermə müddətini ötürmüş və müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Göstərilənləri nəzərə alaraq, 43-48, 128-130 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 28 fevral 2024-cü il tarixli, MM №1783727 saylı qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. X4 prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərarddan rəsmi qaydada aldığı vaxtdan 10 gün ərzində Xaçmaz rayon məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-1426/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1426/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver