Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1431/2024 05.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Xaçmaz rayon X8 X9 14 iyul 2024-cü il tarixli, EQ-22329777 saylı qərarından verdiyi şikayət ərizəsinə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon X8 X9 14 iyul 2024-cü il tarixli, EQ-22329777 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır, o, Xaçmaz RPŞ-nin DYPB-nin EQ 22329777 saylı xx.xx.2024-cü il tarixli qərarını xx.xx.2024-cü il tarixdə almışdır. Xaçmaz RPŞ-nin DYPB-nin onu əsassız olaraq xx.xx.2024-cü il tarixində EQ 22329777 nömrəli protokolla 328.3-cü maddəsi ilə inzibati xəta törətməyi ilə bağlı qərar qəbul etmişdir və 200 manat cərimə olunmuşdur. Qərarı əsassız hesab edir, çünki 14. 07.2024-cü il tarixdə axşam saat 03:00 iradələrində Xaçmaz rayonu, Nabran qəsəbəsində çoxdan tanıdığı Xaçmaz rayonu, Həbibkənd sakini X3 qəfil vəziyyəti pisləşdiyi üçün təcili tibbi yardıma zəng etmiş, lakin təcili tibbi yardım gəlmədiyi üçün məcburən o, öz şəxsi avtomobili ilə onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırmışdır. Buna sübut olaraq əlində Xaçmaz rayon Mərkəzi Xəstəxanasının arayışı da vardır. Vəziyyəti pis olduğu üçün, xəstəni Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırmalı olduğu üçün istəməyərəkdən sürət həddini aşmışdır. Ona görədə onun hüquqları pozduğuna görə məhkəməyə müraciət edərək, qeyd olunan qərarın ləğv olunmasını istəyir. Xaçamz RPŞ-nin DYPB-nin EQ 22329777 saylı xx.xx.2024-cü il tarixli qərarı qərarı məhz bu baxımdan da qanuni və əsaslı deyildir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayət ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xəstəni xəstəxanaya təcili aparmalı olduğuna görə sürət həddini aşmış və bu səbəbdən də cərimə olunmuşdur. BYP-nə müraciət etdiyinə görə qərardan şikayət vermək müddətini ötürmüşdür. Qərarından şikayət verilmiş orqan Xaçmaz rayon X8 X10 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Qərarından şikayət verilmiş orqan - Xaçmaz rayon X8 X10 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq, qərardan şikayət vermiş şəxs X2 da izahatı ilə müəyyən etmişdir ki, X1 rayon X8 X9 14 iyul 2024-cü il tarixli, EQ-22329777 saylı qərarından şikayət vermə müddətini ötürmüşdür. Belə ki, sözügedən qərarı hansı tarixdə aldığına dair mötəbər sübutunu məhkəməyə təqdim etməmiş, habelə məhkəmə iclasında izahatında BYP-nə müraciət etdiyinə görə qərardan şikayət vermək müddətini ötürdüyünü bildirmişdir. Məhkəmə hesab edir ki, X1 rayon X8 X9 14 iyul 2024-cü il tarixli, EQ-22329777 saylı qərarından şikayət vermə müddətini ötürdüyündən həmin şikayət geri qaytarılmalıdır. Azərbycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə görə bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi, qərardan şikayət verən şəxs şikayətini qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ərzində verməyərək, şikayət vermə müddətini ötürmüş və müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Göstərilənləri nəzərə alaraq, 43-48, 128-130 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Xaçmaz rayon X8 X9 14 iyul 2024-cü il tarixli, EQ-22329777 saylı qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərarddan rəsmi qaydada aldığı vaxtdan 10 gün ərzində Xaçmaz rayon məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-1431/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1431/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver