Məhkəmə qərarları › İş №3(067)-1432/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1432/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1432/2024 27.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu X1 Xaçmaz rayon X4 X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22329722 saylı qərarından verdiyi şikayət üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına X1 Xaçmaz rayon X4 X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22329722 saylı qərarından verdiyi şikayət daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, X2 tərəfindən Xaçmaz RPŞ-nin DYPB tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22329722 saylı qərarından verdiyi şikayət vermə müddətinin ötürülüb-ötürülməməsi aydın deyil. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, X1 Xaçmaz rayon X4 X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22329722 saylı qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 130-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Xaçmaz rayon X4 X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22329722 saylı qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. HAKİM SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar