Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1435/2022 12.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Xaçmaz rayonunun Yataq-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Yataqoba kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 09 sentyabr 2022-ci il tarixdə, saat 14:30 radələrində Xaçmaz rayonunun Yataqoba kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, o, Xaçmaz rayonunun Yataqoba kəndində yaşayan Şəxs həmin kənd sakinlərin şikayəti səbəbindən 09 sentyabr 2022-ci il tarixdə, saat təxminən 14 radələrində Yataqoba kəndinə PPX-nin polis nəfərləri Bəhruz Nəsirov və Famil Ağabalayev ilə getmiş, orada Şəxs onların qanuni tələblərinə tabe olmamış, onu nizam-intizama dəvət etsələr də, o, polisin qanuni tələblərinə tabe olmamağa davam etmiş və onlar Şəxs məcburi qaydada PPX-nin avtomobilinə əyləşdirib Xaçmaz RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs qeyd olunan əməli törətdiyini etiraf edərək özünü inzibati xətanı törətməkdə təqsirli bilmiş, əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. Həmçinin bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Xaçmaz RPŞ-dən sərbəst buraxılmışdır. İş materiallarında olan ərizədən görünür ki, Xaçmaz rayonunun Yataqoba kəndində yaşayan X2 ərizə ilə Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2022-ci il tarixdə həmkəndlisi Şəxs sərxoş halda onun ünvanına nalayiq ifadələr işlətməsini bildirərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunun Yataqoba kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan izahatlardan, məhkəmə iclasında verilmiş izahatlardan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə barəsində inzibati xətaya dair icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 sentyabr 2022-ci il tarixdə, saat 18:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan iltizamdan görünür ki, Şəxs 11 sentyabr 2022-ci il tarixdə, saat 09:00-da Xaçmaz RPŞ-dən sərbəst buraxılmışdır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1998-ci ildə Xaçmaz rayonunun Yataq-oba kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun xx.xx.2022ci il saat 18:00-dan xx.xx.2022-ci il saat 09:00-dək inzibati qaydada tutulması nəzərə alınaraq barəsində 150 (yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1435/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1435/2022
12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver