Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1437/2025 06.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, orta təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Padar kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-942/2025 saylı, xx.xx.2022ci il tarixli icra sənədi üzrə yaranmış 1920 manat pulu tələbkarın xeyrinə qərəzli olaraq ödəniş etməmişdir. Məhkəmə iclasında çıxış edən böyük icra məmuru bildirmişdir ki, qeyd olunan icra sənədi 2025-ci ilin iyul ayında İcra və probasiya şöbəsinə daxil olmuşdur. İcra sənədi üzrə X1 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ölkə üzrə minimum əmək haqqı məbləğinin 0,60 misli miqdarında aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi üzrə tərəflərindən borcluya icraata başlamaq haqqında qərar və bildiriş təqdim olunmuşdur. Həmçinin borclu İcra və probasiya şöbəsinə dəvət olunmuş və borclunun izahatı alınmışdır. Borclu qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə ödənişlər etdiyini bildirsə də, tələbkarla əlaqə saxlamış, borclunun heç bir ödəniş etmədiyini bildirmişdir. Həmçinin rəsmi qaydada ödənişlər etmədiyi və qəbzləri təqdim etmədiyi üçün borclunun hazırda 1920 manat aliment borcu hesablanmışdır. Borcluya icra sənədi üzrə borcu ödəməsi təklif olunsa da, hazırda ödəniş etmədiyi üçün barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olumuşdur. O, inzibati xəta haqqında protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunan maddə ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Qarabağ bölgəsində fəhlə işləmiş vətələbkara rəsmi qaydada olmasa da hər ay gücü çatan məbləği, yəni 200-250 manat pulu bacanağının vasitəsilə göndərmişdir. Qətnamə qəbul olarkən o iştirak etməmiş, İcra və probasiya şöbəsinə çağırılandan sonra hər ay 240 manat məbləğində aliment ödəməli olduğunu bilmişdir. Hazırda Bakı şəhərində fəhlə işləyir və 450 manat aylıq gəliri olur. Tələbkarın onun barəsində məhkəməyə müraciət etməsi barədə məlumatı olmamışdır. O, bir həftə ərzində gördüyü işə görə əmək haqqı almalı olduğunu və həmin əmək haqqından 200 manat ödəniş edə biləcəyini, lakin bu gün ödəniş edə bilməyəcəyini həmçinin, yeni işə daxil olacağını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: - Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 tərəfindən 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim olunmuşdur. - Lənkəran Rayon Məhkəməsinin 2(049)-942/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 iddiaçı X2 yanında qalsın və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə minimum əmək haqqı məbləğinin 0,6 misli miqdarında aliment tutularaq iddiaçı X3 verilsin. - xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon İcra şöbəsinin böyük icra məmuru X7 tərəfindən 2(049)-942/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. - xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubları borcluya təqdim olunmuşdur. - xx.xx.2025-ci il tarixli borclunun Xaçmaz rayon İcra və Probasiya şöbəsinə verdiyi izahatından müəyyən edilir ki, qeyd olunan 1920 manat borcdan heç bir ödəniş edə bilmir. Bakı şəhərində qaynaqçı sexində fəhlə kimi işləyir. - Elektron sorğulama sənədlərində borclunun adında hər hansı əmlak və ya gəliri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu“ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranmasıüçün aşağıdakı hallar müəyyən olunmalıdır: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Qeyd olunan hallara istinad edərək, məhkəmə bir daha bu nəticəyə gəlinir ki, Şəxs əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Göründüyü kimi, inzibati xəta haqqında protokolda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun qərəzli icra vərəqəsini icra etməməsi qeyd edilmiş, lakin protokolda qərəzli icra etməmənin nədən ibarət olması həmçinin, icra etməmənin səbəbinin üzrsüz olması açıqlanmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn və subyektiv tərəfin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, inzibati xəta haqında iş üzrə materialla icra sənədinin üzrsüz səbəbdən yerinə yetirilməməsi və inzibati xəta törədən şəxsin hərəkətlərinin qərəzliliyinin nədən ibarət olması müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərin tədqiqi zamanı icra sənədinin xx.xx.2025-ci il tarixə aid olduğu, borclu tərəfindən məhkəmə qərarının icrası üçün icra məmuru tərəfindən hər hansı icra tədbirinin görülmədiyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə göndərildiyi qeyd olunan xəbərdarlıq məktublarının formal olaraq iş materialına əlavə edildiyi həmçinin, 2 xəbərdarlıq məktubundan sonuncusunun inzibati xəta haqqında protokolun tərtib edildiyi tarixə aid olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qərarının uzun müddət ərzində, üzürsüz səbəbdən, qərəzli olaraq icra edilməməsi faktı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından və izahatlardan tələbin ödənilməməsinin Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, borcunun ödənilməsindən yayınması halı və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Qeyd olunan əsasa görə Şəxs barəsində olan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Məhkəmə qeyd edir ki, borclu tərəfindən məhkəmə qərarının icrası üçün hər hansı icra tədbirinin görülmədiyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə verilmiş xəbərdarlıq məktublarının formal xarakter daşıdığı eyni zamanda, borclunun maddi vəziyyəti və adında hər hansı əmlakın olmaması nəzərə alınarsa, bu hallar onun icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi protokolu tərtib etmiş şəxs tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqe nəzərə alınmamışdır. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: xx xxxxxxx 1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkib hissəsi olmadığından onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1437/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1437/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver