Məhkəmə qərarları › İş №3(067)-1438/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1438/2022

14.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1438/2022 14.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Xaçmaz rayonunun Hacıəlibəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Ağyazı Buduq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 13 sentyabr 2022-ci il tarixdə Xaçmaz rayonunun Ağyazı Buduq kəndində polisin ünvanına ucadan səsli söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, tanıdığı Şəlalə adlı qadının onun barəsində Xaçmaz RPŞ-yə etdiyi şikayətə əsasən xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onun yaşadığı Xaçmaz rayonunun Ağyazı Buduq kəndinə gəlmiş və onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. O isə polis əməkdaşlarına hazırda işinin olduğunu, bir-iki günə polis şöbəsinə özü gələcəyini demişdir. Polis əməkdaşlarının dəfələrlə ona onlarla polis şöbəsinə getməsini bildirmələrinə baxmayaraq, o getməkdən imtina etmiş, polis əməkdaşları onu məcburi qaydada PPX avtomobilinə əyləşdirərək polis şöbəsinə gətirmişlər. Qeyd olunan əməli törətdiyini etiraf edərək özünü inzibati xətanı törətməkdə təqsirli bilmiş, əməlindən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. Məhkəmə iclasında izahat vermiş şahid X5 bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində Xaçmaz RPŞ-yə daxil olmuş şikayət ərizəsinə əsasən barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs zəng vuraraq Xaçmaz RPŞ-yə dəvət etmiş, sonuncu telefonda ona nalayiq ifadələr işlətmiş və RPŞ-yə gəlməyəcəyini bildirmişdir. O, göstəriş əsasında Şəxs yaşadığı ünvana getmiş, sonuncunu həmin kəndin mərkəzində görərək yaxınlaşmış və yenidən onunla polis şöbəsinə getməsini bildirmiş, bu zaman Şəxs ona qarşı kobudluq edərək ucadan söyüşlər söymüş, o, əlavə kömək çağırmış və PPX-nin əməkdaşları ora gəldikdə Şəxs onlara da tabesizlik göstərərək polis şöbəsinə getməyəcəyini bildirmişdir. Onlar köməkləşərək Şəxs PPX-nin avtomobilinə əyləşdirərək Xaçmaz RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında izahat vermiş şahid X1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs sonuncunun yaşadığı Xaçmaz rayonunun Ağyazı Buduq kəndində onlarla Xaçmaz RPŞ-yə getməli olduğunu bildirmişlər, lakin Şəxs onların qanuni tələbinə tabe olmamaqda davam etmiş və demişdir ki, “getməsəm, məni zorla aparacaqsız ki?!”. Daha sonra Şəxs digər polis əməkdaşları ilə köməkləşərək PPX-nin avtomobilinə əyləşdirib Xaçmaz RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında izahat vermiş şahid X2 bildirdi ki, xx.xx.2022-ci il tarixdə barəsində inzibati xətaya dair icraat aparılan şəxs Xaçmaz rayonunun Ağyazı Buduq kəndində onların qanuni tələbinə tabe olmayaraq onlarla Xaçmaz RPŞ-yə gəlməkdən imtina etmiş, qışqıraraq gəlməyəcəyini bildirmişdir. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonunun Ağyazı Buduq kəndində polisin ünvanına səsli söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan ərizədən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Xaçmaz RPŞyə müraciət edərək barəsində inzibati xətaya dair icraat aparılan şəxsin dəfələrlə onun ünvanına söyüş söydüyünü, telefonuna zəng edərək onu söydüyünü bildirərək Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan izahatlardan, şahidlərin məhkəmə iclasında verdikləri izahatlardan, müəyyən edilir ki, o, polis əməkdaşlarına tabesizlik göstərmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 13 sentyabr 2022-ci il tarixdə, saat 12:30-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1984-cü ildə Xaçmaz rayonunun Hacıəlibəy kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsə (inzibati qaydada tutulsun) alınsın. Həbsdə saxlama müddətinin əvvəli 13 sentyabr 2022-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar