Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1438/2025 07.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı X7, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs iştirakı ilə, 17 avqust 2004-cü il təvəllüdlü, Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, deməsinə görə məhkumluğu olmayan, Xaçmaz rayonu, Hacıisaoba kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 22 sentyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir ondan ötrü ki, 10 avqust 2025-ci il tarixdə Şəxs sürücülük hüququ və etibarnamə ilə idarəetmə hüququ olmadan idarə etdiyi X11 məxsus «VAZ 2106» markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xaçmaz rayonu, Qadaş-oba kənd yolunda hərəkətdə olarkən idarəetməni itirmiş və avtomobillərin hərəkət istiqamətini ayıran xətti keçərək, həmin yolun əks istiqamətində hərəkətdə olan X3 məxsus «VAZ 2106» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq, yol nəqliyyat hadisəsinin törənməsinə səbəb olmuşdur. Hadisə nəticəsində 1 nəfər xəsarət almış və bundan əlavə avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı X12 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, 10 avqust 2025-ci il tarixində zərərçəkmiş X5 DİN-nin “102” xidmətinə məlumat verərək, Xaçmaz rayonu, Qadaş-oba kəndi ərazisində qəza hadisəsi olduğunu bildirmişdir. Belə ki, Şəxs atası X11 məxsus “VAZ 21063” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək qəza törətmişdir. Hadisə zamanı bir nəfər şəxs yüngül xəsarət almışdır. Bununlada Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Zərərçəkmiş şəxs isə hazırda məhkəmə iclasında iştirak edə bilmir. Lakin, bildirmişdir ki, ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törədilmiş inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, hadisəni bilərəkdən törətməmişdir. Belə ki, anası xəstədir. Həmin qəza da anasını dərman almaq üçün Müzəffər-oba kəndi ərazisində olan aptekə apararkən baş vermişdir. Hadisə vaxtı anası avtomobildə olmuş və yüngül xəsarət almışdır. O, avtomobili məcburiyyətdən idarə etməli olmuşdur. Sürücülük vəsiqəsi yoxdur, lakin, yaxın vaxtlarda almağı düşünür. Maddi vəziyyəti aşağı olduğuna görə zərərçəkmişə dəyən ziyanı ödəyə bilməmişdir. Əməlindən peşmandır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 22 sentyabr 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Ona görə də o, həmin inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə edilmiş 10 avqust 2025-ci il tarixli, 117 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, tibbi müayinə zamanı Şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş 10 avqust 2025-ci il tarixli, 118 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, tibbi müayinə zamanı X1 alkoqol sərxoşluğu müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X17 12 avqust 2025-ci il tarixli, 500 №-li ekspert rəyindən (canlı şəxsin ekspertizası) müəyyən edillir ki, 1997-ci il təvəllüdlü X2 məhkəmətibb müayinəsi zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X17 16 avqust 2025-ci il tarixli, 516 №-li ekspert rəyindən (canlı şəxsin ekspertizası) müəyyən edillir ki, 2004-cü il təvəllüdlü Şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X17 16 avqust 2025-ci il tarixli, 518 №-li ekspert rəyindən (canlı şəxsin ekspertizası) müəyyən edillir ki, 1964-cü il təvəllüdlü X4 bədəni üzərində aşkar edilmiş xəsarət – sol saidin əzilmiş-cırılmış yarası bərk küt əşya təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Xaçmaz rayon X13 Bölməsinin baş təhqiqatçısı, polis mayoru X6 09 sentyabr 2025-ci il tarixli qərarından müəyyən edilir ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikası İXMnin 332.4-cü, X9 əməlində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddələrinin tərkibi olduğundan barələrində inzibati tənbeh tədbiri görülməsi üçün qəbul olunmuş qərarın surəti Xaçmaz RPŞ DYPB-nə göndəilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-ol mamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs barəsində cəza növünü təyin edərkən, törətmiş olduğu inzibati xəta hadisəsi zamanı 1 nəfərin xəsarət almasını və zərəçəkmiş şəxsə dəymiş maddi zərərin ödənilməməsini nəzərə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü, habelə zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməməsini və törətmiş olduğu inzibati xəta hadisəsi zamanı 1 nəfərin xəsarət almasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri təyin edilsin. Şəxs məhkəmə iclas zalndan dərhal həbsə alınsın və həbs etmənin əvvəli 07 oktyabr 2025-ci il tarixdən, saat 16:35-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-1438/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1438/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver