Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1439/2022 16.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X13 İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, X1 və X11 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1978-ci ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Xaçmaz rayonunun Qusarçay kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Xaçmaz rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(067)-897/2019 saylı qətnaməsinə əsasən borclu Şəxs iş üzrə tələbkar X2 1530 manat, Xaçmaz rayon məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli 2(067)-1997/2019 saylı qətnaməsinə əsasən borclu Şəxs iş üzrə tələbkar X5 2030 manat və Xaçmaz rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(067)-1563/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs iş üzrə tələbkar X6 1530 manat verilməsi təmin qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin qətnamələri qanuni qüvvəsini alaraq icraya yönəldilmişdirlər. Lakin borclu Şəxs icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(067)-897/2019 saylı qətnaməsinə əsasən borclu Şəxs iş üzrə tələbkar X2 1530 manat, Xaçmaz rayon məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli 2(067)-1997/2019 saylı qətnaməsinə əsasən borclu Şəxs iş üzrə tələbkar X5 2030 manat və Xaçmaz rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2(067)-1563/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs iş üzrə tələbkar X6 1530 manat verilməsiqət edilmişdir. Lakin borclu Şəxs keçən müddət ərzində çağırışlara gəlməkdən yayınmaqla və ödəniş etməməklə icra sənədini üzürsüz səbəbdən icra etmədiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Borclu Şəxs tərəfindən qətnamə çıxaraq icraya yönəlidiyi gündən iş üzrə tələbkardan X2 olan 1530 manat məbləğdən 500 manat ödəniş etdiyini, qalan borcunu isə ödəməmişdir. Bundan əlavə olaraq bildirmişdir ki, iş üzrə borclu tələbkarlara olan borcunu ödəməkdən yayınmışdır. Məhkəmənin bundan əvvəl də borclu barəsində müxtəlif inzibati tənbeh növündə qərarları olmuş, lakin borclu bundan heç bir nəticə çıxarmamışdır. Borclunun olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış verilmiş və o, axtarış nəticəsində polis əməkdaşları tərəfindən saxlanılaraq barəsinə qanuna müvafiq tədbir görülməsi üçün rayon icra şöbəsinə təhvil verilmişdir. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi xətanı qismən etiraf etməklə göstərdi ki, icra vərəqələri üzrə olan borclarını etiraf edir, onları mütləq qaydada ödəyəcək, lakin iş yeri olmadığından heç bir ödəniş etmir. Məşğulluq idarəsində iş yerləri üçün qeydiyyata durmayıb, ona görə ki, bunun üçün onun vaxtı yoxdur. İş üzrə tələbkarlardan X2 550 manat pulu ödəmiş qalan pulu isə ödəməmişdir. Oğlu müddətli həqiqi hərbi xidmətdə olduğundan hal-hazırda da maddi imkanı zəifdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş tələbkar X4 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 15 mart 2019-cu il tarixli 2(067)-897/2019 saylı qətnaməsinə əsasən borclu Şəxs alınaraq ona verilməsi qət edilmişdir. İş üzrə borclu ona olan 1530 manat borcundan indiyədək cəmi 550 manat ödəniş etmiş qalan borcunu isə ödəməmişdir. O, Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Horadiz kəndində yaralanmışdır. İİ qrup əlildir. Qeyd olunanları nəzərə alaraq borclu barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş tələbkar X8 göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(067)- 1563/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs ona borclu olduğu 1530 manat pulun alınaraq ona verilməsi qət edilmişdir. Lakin borclu Şəxs keçən müddət ərzində heç bir ödəniş etməmiş və bu günə kimi borcunu ödəməmişdir. İcra məmuru tərəfindən dəvət edilərək ona qanunun tələbləri izah edilsə də Şəxs hal-hazıradək pulu ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Şəxs sözügedən icra vərəqələrini icra etmədiyinə görə Xaçmaz rayon məhkəməsinin müvafiq qərarları ilə xx.xx.2021 və xx.xx.2022-ci illərdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 500 manat inzibati cərimə tətbiq olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 16 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində yüngülləşdirici hal müəyyən edilmədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 08 (səkkiz) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsin əvvəli 16 sentyabr 2022-ci il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə və Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-1439/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1439/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver