Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-144/2023 07.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Xaçmaz şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Xaspolad-oba kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o 2022-ci ilin iyul ayında Xaçmaz rayon Xaspolad-oba kəndində atasından miras qalmış tək lülə 16 kalibrli A-63988 seriyalı ov tüfəngi ilə ova getmişdir. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, 2022-ci ilin iyul ayında Xaçmaz rayon Xaspolad-oba kəndində atasından miras qalmış tək lülə 16 kalibrli A-63988 seriyalı ov tüfəngi ilə ova getmişdir. Xaçmaz RPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq üzürlü səbəblər olmadan məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Cinayət işi başlanmasının rədd edilməsi haqqında 21 iyul 2022-ci il tarixli Qərarından görünür ki,cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə- silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətmiş olduğu xətanın xarakterini, şəxsiyyətini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs aşkar edilərək götürülmüş tək lülə 16 kalibrli A-63988 seriyalı ov tüfəngi dövlət nəfinə müsadirə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1966-cı ildə Xaçmaz şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 590.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 100 (yüz yüz) manat məbləğindən inzibati cərimə növündə tənbeh təyin edilsin. Şəxs məxsus İJ-17 16 çaplı A 63988 nömrəli tək lüllə tüfəng ov dövlət nəfinə müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(067)-144/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-144/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver