Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1441/2023 22.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, şikayət vermiş şəxs X1 vəkili, nümayəndəsi Nümayəndə1, qərarından şikayət verilmiş X6 Xidməti X2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, X1 vəkili, nümayəndəsi Nümayəndə1 X6 Xidməti X2 xx.xx.2023-cü il tarixli, MN- 1291723 saylı qərarın ləğv edilməsi barədə verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: X1 vəkili, nümayəndəsi Nümayəndə1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 barəsində X6 Xidməti X2 xx.xx.2023-cü il tarixli, MN-1291723 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxsin vəkili, nümayəndəsi izahat verərək bildirmişdir ki, təmsil etdiyi şəxsin istəyi ilə verdiyi şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Qərarından şikayət verilmiş X6 Xidməti X2 nümayəndəsi hər hansı vəsatətinin olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, inzibati xətaya dair material, şikayət vermiş X1 vəkili, nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş ərizəyə əsasən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xətaya dair material geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-111, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 Xidməti X2 rəisi X3 xx.xx.2023-cü il tarixli, MN-1291723 nömrəli inzibati tənbehvermə haqqında qərarından verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayət vermiş X1 etibarnamə üzrə nümayəndəsi, vəkili Nümayəndə1 ərizəsinə əsasən geri qaytarılsın. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1441/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1441/2023
22.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver