Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1442/2022 03.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, X12 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Ysamal rayonu, Xıdır Mustafayev küçəsi ev 2-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, “X18” MMC-də texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş həmin MMC-nin anbardarı olaraq onun tərəfindən bu qaydaların pozulması nəticəsində işçi X1 ehtiyatsızlıqdan az ağır zərər vurulması ilə nəticələnən xəsarət almışdır. Məhkəmə iclasında X12 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, X10 xx.xx.2022-ci il tarixdə, saat 08:00 radələrində “X18" MMC-nin Xaçmaz rayonu, Xudat şəhəri ərazisində inşa etdiyi “Aqro Kompleks”in tikintisinə işə gəlmişdir. Həmin gün "xxxx" MMC tərəfindən “X18" MMC-yə icarəyə verilmiş, operator X3 idarə etdiyi “JLG4017RS" markalı, 1** FY *** qeydiyyat nömrəli teleskopik yükləyici vasitəsilə Cəmiyyətə gətirilmiş dəmir panel kiplərinin anbara boşaldılması işləri həyata keçirilməli olmuşdur. Bununla “X18” MMC-nin anbardarı Şəxs dəmir panel kiplərinin B14 binasının ərazisində - yarımtikili soyuducu anbar- boşaldılmasma və yerləşdirilməsinə nəzarət etmək barədə anbardar köməkçisi Nurlan Qurbanova göstəriş və təlimat vermiş, daha sonra özü ofisdə gündəlik işlərini yerinə yetirmək üçün iş otağına getmişdir. Nurlan Qurbanov ona tapşırılan işləri gün ərzində yerinə yetirmiş, lakin yüklərin boşaldılması iş gününün sonuna qədər, yəni saat 18:00-dək mümkün olmadığından o, gündəlik iş vaxtından sonra da yüklərin boşaldılmasına və yerləşdirilməsinə nəzarəti davam etdirmişdir. Saat 19:35 radələrində X8 idarə etdiyi teleskopik yükləyici vasitəsilə növbəti dəmir panel kipi B14 binasının ərazisinə boşaldarkən panelləri saxlayan dəmir bərkitmə kəməri qırılmış və kipdə olan bir neçə panel teleskopik yükləyiciyə yaxın məsafədə dayanmış Nurlan Qurbanovun üzərinə düşmüşdür. Hadisəni görən Rzaxan Qasımov dərhal teleskopik yükləyici mexanizmi saxlayaraq Nurlan Qurbanovun yanına gəlmiş və yaxınlıqda olan işçiləri köməyə çağırmışdır. Rzaxan Qasımov və digər işçilər Nurlan Qurbanovun üzərinə düşmüş panelləri qaldıraraq ona ilkin tibbi yardım göstərmiş və hadisə yerinə təcili tibbi yardım briqadası çağırılmışdır. Hadisədən xəbər alan Cəmiyyətin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisi X11 da hadisə yerinə gəlmiş və hadisə bərədə SƏTƏMM üzrə aparıcı mütəxəssis X4 və anbardar Şəxs zəng edərək məlumat vermişdir. Hadisədən bir neçə dəqiqə sonra təcili tibbi yardım briqadası hadisə yerinə gəlmiş, R,A.Məmmədovun, S.E,Hüseynovun və K.İ,Səmədovun müşayiəti ilə N,D.Qurbanovu təcili tibbi yardım avtomobili vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. N.D.Qurbanova xəstəxanada tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili vasitəsilə Bakı şəhərində yerləşən X21 aparılmışdır. Zərərçəkən “Anbardar köməkçisinin vəzifə təlimatı’’nın 3.6-cı bəndinin və “Anbardar üçün əməyin mühafizəsi üzrə təlimatın” 5-ci bəndinin tələblərinə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə “Anbardarın vəzifə təlimatı’’nın tələblərinə əməl etməmişlər. Həmçinin bildirmişdir ki, kipdə 30 ədəd dəmir panel olmaqla 1 panelin ölçüsü 70sm x 70sm, çəkisi 14 kq olmuşdur. Məhkəmə iclasında izahat vermiş barəsində inzibati xətaya dair icraat aparılan şəxs törətdiyi əməli etiraf edərək bildirmişdir ki, o, “X18" MMC-də 2020-ci ilin dekabr ayından anbardar vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs X10 isə anbardar köməkçisi vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə qeyd olunan bədbəxt hadisə baş verən zaman o, iş yerində olmamışdır. O özünü qeyd olunan inzibati xətanın törədilməsində təqsirli bildiyini, vəzifə tələblərini pozduğunu bildirmişdir. Barəsində yüksək həddə olmayan inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, proses iştirakçılarının məhkəmə iclasındakı izahatları və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan “Əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs “X18” MMC-də anbardar vəzifəsində işləmişdir. İş materiallarında olan “X20” MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Anbardarın vəzifə təlimatı’’nın 1.2-ci bəndinə görə, anbara qəbul edilən mal-materialın qəbuluna, saxlanmasına, düzgün yerləşdirilməsinə nəzarət və rəhbərlik etmək; 3.6-cı bəndinə görə, iş prosesində texniki-təhlükəsizlik, yanğından mühafizə, əməyin mühafizəsi və bu təlimatda nəzərdə tutulmuş digər əmək funksiyalarının yerinə yetirilməsində məsul olmaq anbardarın vəzifələrindəndir. İş materiallarında olan X7 təhqiqat komissiyasının aktının surətindən görünür ki, komissiya tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hazırkı inzibati xəta üzrə baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılaraq müəyyən edilmişdir ki, X10 xx.xx.2022-ci il tarixdə, saat 08:00 radələrində “X18" MMC-nin Xaçmaz rayonu, Xudat şəhəri ərazisində inşa etdiyi “Aqro Kompleks”in tikintisinə işə gəlmişdir (Cəmiyyət rəhbərliyim xx.xx.2022-ci İİ tarixli NWC/03-İH-22 nömrəli əmri ilə X10 03-04 may 2022-ci il tarixlərdə işə cəlb edilmişdir). Həmin gün "xxxx" MMC tərəfindən “X18" MMC-yə icarəyə verilmiş, operator X3 idarə etdiyi “JLG4017RS" markalı, 1** FY *** qeydiyyat nömrəli teleskopik yükləyici vasitəsilə Cəmiyyətə gətirilmiş dəmir panel kiplərinin anbara boşaldılması işləri həyata keçirilməli olmuşdur. Bununla “X18” MMC-nin anbardarı Şəxs dəmir panel kiplərinin B14 binasının ərazisində - yarımtikili soyuducu anbarboşaldılmasma və yerləşdirilməsinə nəzarət etmək barədə anbardar köməkçisi Nurlan Qurbanova göstəriş və təlimat vermiş, daha sonra özü ofisdə gündəlik işlərini yerinə yetirmək üçün iş otağına getmişdir. Nurlan Qurbanov ona tapşırılan işləri gün ərzində yerinə yetirmiş, lakin yüklərin boşaldılması iş gününün sonuna qədər, yəni saat 18:00-dək mümkün olmadığından o, gündəlik iş vaxtından sonra da yüklərin boşaldılmasına və yerləşdirilməsinə nəzarəti davam etdirmişdir. Saat 19:35 radələrində X8 idarə etdiyi teleskopik yükləyici vasitəsilə növbəti dəmir panel kipi B14 binasının ərazisinə boşaldarkən panelləri saxlayan dəmir bərkitmə kəməri qırılmış və kipdə olan bir neçə panel teleskopik yükləyiciyə yaxın məsafədə dayanmış Nurlan Qurbanovun üzərinə düşmüşdür. Hadisəni görən Rzaxan Qasımov dərhal teleskopik yükləyici mexanizmi saxlayaraq Nurlan Qurbanovun yanına gəlmiş və yaxınlıqda olan işçiləri köməyə çağırmışdır. Rzaxan Qasımov və digər işçilər Nurlan Qurbanovun üzərinə düşmüş panelləri qaldıraraq ona ilkin tibbi yardım göstərmiş və hadisə yerinə təcili tibbi yardım briqadası çağırılmışdır. Hadisədən xəbər alan Cəmiyyətin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndisi X11 da hadisə yerinə gəlmiş və hadisə bərədə SƏTƏMM üzrə aparıcı mütəxəssis X4 və anbardar Şəxs zəng edərək məlumat vermişdir. Hadisədən bir neçə dəqiqə sonra təcili tibbi yardım briqadası hadisə yerinə gəlmiş, R,A.Məmmədovun, S.E,Hüseynovun və K.İ,Səmədovun müşayiəti ilə N,D.Qurbanovu təcili tibbi yardım avtomobili vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. N.D.Qurbanova xəstəxanada tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili vasitəsilə Bakı şəhərində yerləşən X22 aparılmışdır. Zərərçəkən “Anbardar köməkçisinin vəzifə təlimatı’’nın 3.6-cı bəndinin və “Anbardar üçün əməyin mühafizəsi üzrə təlimatın” 5-ci bəndinin tələblərinə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə “Anbardarın vəzifə təlimatı’’nın tələblərinə əməl etməmişlər. Həmçinin kipdə 30 ədəd dəmir panel olmaqla 1 panelin ölçüsü 70sm x 70sm, çəkisi 14 kq olmuşdur. İş materiallarında olan “X23”ın 08 iyun 2022-ci il tarixli məktubunun surətindən görünür ki, X10 həmin klinikaya “Sağ bud sümüyünün cisminin (diafizinin) sınığı, sağ qamış sümüyünün cisminin (diafizinin) sınığı (incik sümüyünün sınığı göstərilməklə), sol bazu diafizinin sınığı, sağ ayaq daraq sümüklərinin sınığı’’ diaqnozu ilə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 publik hüquqi şəxsin 10 may 2022-ci il tarixli, 251 №-li ekspert rəyinin surətindən görünür ki, 1985-ciil təvəllüdlü X5 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazu, sağ bud və sağ baldır sümüklərinin qapalı sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun olmaqla, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №3(067)-1442/2022
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1442/2022
03.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver