Məhkəmə qərarları › İş №3(067)-1446/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1446/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1446/2023 21.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Həsənli Rövşən Xudat oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1970-ci ildə Xaçmaz rayonunun Xəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz şəhəri Q.Məmmədov küçəsi, ev 2-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi üzrə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir ondan ötrü ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X2 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, ******* saylı icra sənədinə əsasən 600 manat inzibati cərimə, 360 manat dəbbə pulu olmaqla cəmi 960 manat məbləğdə borc pulu ödəməyərək icra məmurunun qanuni tələbini yerinə yetirmir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 5 X2 və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş materiallardan müəyyən olunmuşdur ki, barəsində inzibati xətaya dair icraat aparılan şəxs Şəxs barəsində 700 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Qeyd olunan məbləğdən 100 manat ödəniş etmiş, 600 manat məbləğdə borcu qalmışdır. Qalıq qalmış 600 manat məbləği ödəmədiyinə görə onun barəsində 2 ay müddətinə 360 manat dəbbə pulu hesablanmış, icra şöbəsinə yönəldilmişdir. Hazırda yaranmış 960 manat məbləğdə ümumi borc pulu ödəmədiyinə görə, İXM-nin 529.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında icra məmuru protokolu müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, yaranmış həmin cərimə borcunu ödəməyə maddi imkanı yoxdur, lakin barəsində yüngül xarakterli cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 X2 və Təbii Sərvətlər İdarəsininin xx.xx.2021-ci il tarixli MN ******* nömrəli qərarından görünür ki, Şəxs 700 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan qərardan görünür ki, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsində xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 05 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli MN 0758515/2021 saylı icra sənədi nəzərdən keçirilərək icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və xəbardarlığı almışdır. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin xx.xx.2023-cü il tarixdə izahatı alınmış, əmlak vəziyyəti yoxlanılmış, lakin onun mülkiyyətində əmlak aşkar edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən, borclu Şəxs barəsində, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, onun barəsində ictimai işlər inzibati tənbeh növü tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Qəraraaldı: xx xxxx 1970-ci ildə Xaçmaz rayonunun Xəzərli kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 160 (yüz altımış) saat müddətində ictimai işlər növündə inzibati tənbeh təyin edilsin. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxsin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar