Məhkəmə qərarları › İş №3(067)-1448/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1448/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1448/2023 07.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, X3 tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X3 tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayət ərizəsi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. İnzibati xətaya dair qərardan verilmiş şikayətin məhkəmə tərəfindən baxılmağa hazırlanması zamanı hazırkı iş üzrə mübahisələndirilən qərarların ərizəyə əlavə edilmədiyi müəyyən olunmuşdur. Belə ki, şikayətdə xx.xx.2023-cü il tarixli EQ-17489308, EQ-17492115, xx.xx.2023-cü il tarixli EQ-17493407 və EQ-17489736 saylı qərarlar mübahisələndirilsə də, həmin qərarlar şikayətə əlavə olunmamışdır. İş materiallarını araşdırarkən inzibati xəta haqqında materiala qərarından şikayət verilən şəxs tərəfindən kserosurət kimi qərardan çıxarışlar əlavə olunsa da, həmin qərarların hansı mənbədən əldə edilməsi (götürülməsi) müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, inzibati xətaya dair qərardan verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən qərarların təqdim edilməməsi onların qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Qərarların mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasinin qeyri mümkünlüyü həmin qərarlardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında qərarlardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, şikayətçi mübahisələndirdiyi qərarların təsdiq olunmuş surətlərini şikayətinə əlavə edərək təkrarən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 xx.xx.2023-cü il tarixli EQ-17489308, EQ-17492115, xx.xx.2023-cü il tarixli EQ- 17493407 və EQ-17489736 saylı qərarlarından verdiyi şikayət icraata qəbul edilməsin və X2 geri qaytarılsın. X2 izah edilsin ki, göstərilən nöqsanları aradan qaldırmaqla, qərarın surətini əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar