Məhkəmə qərarları › İş №3(067)-145/2022

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-145/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-145/2022 02.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Şəxs nümayəndəsi Nümayəndə, Protokolu tərtib edən şəxs Həmidov Rüstəm Şahlar oğlunun iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 348-ci maddəsi üzrə tərtib olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 348-ci maddəsi ilə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Quba Suvarma İdarəsinin hüquqi şəxsinə məxsus olan Kamaz 42253 (43253) markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla təhlükəli yüklərin daşınması qaydalarının pozulması halına yol verilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs hüquqi şəxsinə məxsus olan Kamaz 42253 markalı, **- AC-*** dövlət qeydiyyat nişanlı avtomaşınla təhlükəli yüklərin daşınması qaydalarının pozulması halına yol verilmişdir. Hadisə 16 dekabr 2021-ci il tarixdə baş versə də, protokol 18 dekabr 2021-ci il tarixdə tərtib olunmuşdur. Hadisə vaxtı və yaxud da sonra, avtonəqliyyat vasitəsini idarə edən şəxsin və yaxud da Şəxs nümayəndəsinin və yaxud da, avtomobilin sürücüsünün izahatı alınmamışdır. Məhkəmə iclasında Quba Suvarma İdarəsinin nümayəndəsi izahatında bildirmişdir ki, onların sənədləri tam qaydasında olub. Hesab edir ki, yol polisi əməkdaşı onlara münasibətdə qərəzli olub. Hadisə vaxtı və yaxud da sonra, avtonəqliyyat vasitəsini idarə edən şəxsin və yaxud da Şəxs nümayəndəsi izahatı alınmamışdır. Protokol isə ümumiyyətcə qanunvericiliyə zidd tərtib olunuşdur. Hesab edir ki, Şəxs hərəkətlərinə Azərbaycan Respublikası İXM-nin 348-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. İş materiallarından müəyyən olunur ki, inzibati xətanın törədilməsi haqqında AP seriyalı ******* nömrəli protokol tərtib edilirəkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə riayət olunmamışdır. Belə ki, inzibati xətanın törədilməsi haqqında protokolda inzibati xətanın mahiyyəti və istinad olunan normativ hüquqi aktın müvafiq yarımbəndi qeyd olunmamışdır. Belə ki, inzibati xətanın törədilməsi haqqında protokolda inzibati xətanın mahiyyəti kimi hüquqi şəxs tərəfindən Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il 10 nömrəli qərarının 5.4-cü bəndinin tələblərinin pozulmaması qeyd olunmuşdur. Halbuki, qeyd olunan qərarın 5.4-cü bəndi aşağıda sadalanan 4 yarımbənddən ibarətdir. 5.4. Təhlükəli yükləri daşıyan nəqliyyat vasitəsinin sürücüsündə yol hərəkəti qaydalarında göstərilənlərdən əlavə aşağıdakı sənədlər olmalıdır: a) daşınmaya məsul şəxs olmadıqda təhlükəli yükün daşınma marşrutu (4 nömrəli əlavə); b) nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə (5 nömrəli əlavə); c) sürücünün təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə (7 nömrəli əlavə); ç) təhlükə barədə xəbərdarlıq sisteminin qəza vərəqəsi (8 nömrəli əlavə). Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin yol vərəqəsinin sol yuxarı küncündə qırmızı rəngli mürəkkəblə «Təhlükəli yük» sözləri qeyd edilməlidir. Göründüyü kimi, inzibati xətanın törədilməsi haqqında protokolda inzibati xətanın mahiyyəti və istinad (ittiham) olunan normativ hüquqi aktın müvafiq yarımdəndi qeyd olunmamışdır. Bundan başqa, inzibati xətanın törədilməsi haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatı qeyd olunmamışdır. Bundan əlavə, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələrinin izah edilməsinə dair də, protokolda müvafiq qeyd aparılmamışdır. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati xətanın törədilməsi haqqında protokoldan isə müəyyən olunur ki, İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan tələblərə də əməl edilməmiş, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış və yaxud da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etmişdirsə, bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Bundan başqa, inzibati xətanın törədilməsi haqqında protokolda nəqliyyat vasitəsinin markası da, qeyri dəqiq qeyd olunmuşdur. Belə ki, protokolda bir yerdə nəqliyyat vasitəsinin markası Kamaz 43253 kimi qeyd olunsa da, digər yerdə Kamaz 42253 kimi qeyd olunmuşdur Bundan əlavə, protokolda inzibati xəta hadisəsinin 16 dekabr 2021-ci il tarixdə baş verdiyi qeyd olunsa da, protokol 18 dekabr 2021-ci il tarixdə tərtib olunmuşdur. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 101.1ci maddəsinə əsaən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İş materiallarından isə müəyyən olunur ki, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilsə də, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması barədə hər hansı bir prosessual hərəkət edilməmişdir. Bundan əlavə, inzibati xətanın törədilməsi haqqında protokolda hüquqi şəxsin hüquqi ünvanı, VÖEN-i və digər fərdiləşdirmə rekvizitləri də qeyd olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məçəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; 61.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. 61.2. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda sadalananlara əsaən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-nin 348-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi iş materialları ilə, həmçinin inzibati xətanın törədilməsi haqqında protokolda qeyd olunanlarla sübuta yetirilmədiyindən, bundan əlavə inzibati xətanın törədilməsi haqqında protokolda inzibati xəta üzrə istinad (ittiham) olunan normativ hüquqi aktın müvafiq yarımdəndi qeyd olunmadığından hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 75.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar sübutlar əsasında müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53 və 114-117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 348-ci maddəsi ilə başlamış hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar