Məhkəmə qərarları › İş №3(067)-1453/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1453/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1453/2024 16.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, 20 iyul 1996-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, subay, Xaçmaz rayonu, Bayoba kəndi yaşayan X3 tərəfindən Xaçmaz rayon Polis Şöbəsinin 18 noyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: X3 tərəfindən Xaçmaz rayon Polis Şöbəsinin 18 noyabr 2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, Quba-Xaçmaz dairə deyilən yerdən idarə etdiyi ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə gəldiyi vaxt sola dönmə işığını yandırmışdır. Həmin vaxt isə polis şəxsi isə onun sağında idi maşın ilə onun heç solunu görə bilməmişdir ki, o, həmin vaxt sola dönmə işığını yandırmışdır yoxsa yox. Sonra onu dönmə işığını yandırmaması səbəbi ilə saxlmışdır. O, polisə dönmə işığının yandırmaması ilə bağlı video görüntünü təqdim edilməsini xahiş etdikdə, polis ona görüntünü təqdim etməmişdir. Birinci dedi ki, hə yaxşı yaxınlaş avtomaşına təqdim eləyəcək, yaxınlaşandan sonra demişdir ki, 10 gün ərzində gələcək belə. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı Nümayəndə tərəfindən 05 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında təqdim etdiyi video görüntü natamam olduğundan, yəni hadisəni tam əks etdirmədiyindən işin obyektiv araşdırılması mümkün olmamış və bu səbəbdən inzibati xəta törədilmiş yerin tam əks etdirən video görüntüsünü məhkəməyə təqdim edilməsi ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə sorğu verilməsinə baxmayaraq həmin görüntü məhkəməyə təqdim edilməmiş və eyni zamanda inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarı qəbul etmiş Xaçmaz rayon Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş video görüntüdən görünür ki, ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dairəyə daxil olub, dönməni bitirdikdən sonra, düz yolla davam etməyə başlayan anda yol polisinə məxsus nəqliyyat vasitəsində quraşdırılmış video qeydiyyatçı tərəfindən inzibati xəta kimi qeydə alınmışdır. Eyni zamanda məhkəmənin 05 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə prosesində təqdim edilmiş video görüntüyə baxış zamanı şikayətçinin idarə etdiyi nəqliyyat vasitəsinə saxla işarəsi verildikdə nəqliyyat vasitəsində sağa dönmə işarəsi yanmış və anidən sönərək qəza işıqları yanmağa başladığı müşahidə edilmişdir. Şikayətçi də həmin görüntüdən sonra idarə etdiyi nəqliyyat vasitəsində sağa və ya sola dönmə işarəsi yandıqdan sonra dönmə əməliyyatını həyata keçirdikdən sonra anidən sönmə halları var, yəni bu hal idarə etdiyi nəqliyyat vasitəsində avtomatlaşdırılmış bir hal olduğunu bildirmişdir. Bundan əlavə inzibati xəta protokolu tərtib etmiş şəxs tərəfindən təqdim edilmiş video görünütü natamam olduğundan işin obyektiv araşdırılması zərurəti yarandırğından 05 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclası təxirə salınaraq video görünütün tam versiyasını əldə edilməsi məqsədi ilə inzibati xəta əməli baş vermiş ərazidə yerləşən təhlükəsiz şəhər kamera görünütlərini məhkəməyə təqdim ediməsi ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə sorğu verilmiş, lakin buna baxmayaraq heç bir görüntü məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması bunlardır:

1. 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə əsasən,

2. 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 5-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X3 mahiyyəti üzrə hər hansı inzibati xəta törətmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP seriyalı 689448 nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində olan Xaçmaz rayon Polis Şöbəsinin 18 noyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Xaçmaz rayon Polis Şöbəsinin 18 noyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİM: Şikayət təmin edilsin. Xaçmaz rayon Polis Şöbəsinin 18 noyabr 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar