Məhkəmə qərarları › İş №3(067)-1457/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1457/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1457/2023 07.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X4, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1972-ci ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Dədəli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq, Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, 06 noyabr 2023-cü il tarixdə, saat 00:30 radələrində Xaçmaz rayonunun Dədəli kəndində daxil olmuş şikayət əsasında həmin ünvanda olarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahatında bildirmişdir ki, 05 noyabr 2023-cü il tarixdə əməliyyat istintaq qrupunun üzvü olmuş, xidmətdə olan zaman barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs valideyinləri DİN-nin 102 xidmətinə zəng edərək, onun evdə münaqişə yaratdığını və onları bıçaqla hədələməsi barədə məlumat vermişlər. Şəxs tərəfində bu kimi əməllər əvvəllərdə törədilmişdir. O, polis əməkdaşlarının həmin ünvana gələcəklərini bilmiş və oradan qaçaraq gizlənmişdir. Xaçmaz RPŞ-nin əməliyyat-istintaq qrupunun üzvləri və Xaçmaz RPŞ-nin PPXB-nin əməkdaşları həmin ünvana getmişlər və Şəxs qaçaraq gizləndiyindən polis əməkdaşları onu tapa bilməmişlər və oradan getmişlər. Şəxs anası Dilbər Yusifova zəng edərək yenidən onun evə qayıdaraq münaqişə yaratdığını və onları küçə söyüşlərinən təhqir etməsi barədə polisə məlumat vermişdir. Polis əməkdaşları həmin ünvana qayıtdığlarında Şəxs polisin qanuni tələbinə tabe olmağı tələb etsələrdə o, bütün bunlara məhəl qoymayaraq, bu dəfə polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmiş və otağın pəncərəsindən özünü ataraq qaçmaq istədikdə onlar tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-yə aparılmışdır. O, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun əlilliyi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xətaya dair icraat aparılan şəxs izahatında bildirmişdir ki, o, həmin əməli törədərkən içkili olmuş, nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşlarının onun yaşadığı ünvana gəldiklərini bildikdə evdən qaçmasına səbəb kimi onu göstərmişdir ki, dəfələrlə belə əməllərə yol verdiyi üçün utandığından qaçaraq gizlənmişdir. Polis əməkdaşlarına qarşı işlətdiyi nalayiq ifadələrə görə üzr istəmiş, bir daha belə əməllərə yol verməyəcəyinə dair söz vermişdir. O, etdiyi əməldən peşman olduğunu bildirmiş, barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında bildirmişdir ki, o, Şəxs atasıdır. Oğlu 35 ildir ki, öz davranışları ilə onlara qarşı qanunsuz əməllər törədir. Növbəti qanunsuz əməli törədən zaman o, saat 21: 00 radələrində yenə evə içkili vəziyyətdə gəlmiş və ailə üzvləri ilə münaqişə yaratmışdır. O, DİN- nin 102 xidmətinə zəng edərək oğlunun etdiyi qanunsuz əməllərindən şikayət etmişdir. Polis əməkdaşları onların yaşadıqları ünvana gəldiklərində Şəxs öz hərəkətlərini davam etdirmiş, polislərə müqavimət göstərmiş, özünü pəncərədən ataraq qaçmaq istədikdə polislər tərəfindən saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 digər şahid X2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, şahidlər X1 və X3 xx.xx.2023-cü il tarixli izahatlarından müəyyən edilir ki, 05 noyabr 2023-cü il tarixdə əməliyyatistintaq qrupunda xidmətdə olan zaman saat 22:57 radələrində vətəndaş Dilbər Yusifova DİN-nin 102 xidmətinə zəng edərək oğlu Şəxs evdə münaqişə yaradaraq bıçaqla hədələməsini bildirmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat-istintaq qrupunun üzvləri və PPXB-nin polis nəfərləri İsmayılov Nail, Aslanov Elnur və Nuriyev Firuz ilə birlikdə həmin ünvana getmişlər. Şəxs sərxoş vəziyyətdə münaqişə yaradaraq, küçə söyüşləri söydüyü üçün polis əməkdaşları onu nizamintizama dəvət etmişlər və onlarla RPŞ-yə getməsini bildirmişlər. Lakin həmin şəxs polisin qanuni tələbinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etmişdir. Evin ikinci mərtəbəsinin pəncərəsindən özünü ataraq qaçmaq istəyərkən onun ayaqlarından tutularaq qaçmaq cəhdinin qarşısı alınmış və Xaçmaz RPŞ-yə aparılmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, məhkəmə İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini və həmin məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh təyin olunması məqsədə müvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 noyabr 2023-cü il tarixdə, saat 03:45-də inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128 və 130 -cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx.xx.1972-ci ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 noyabr 2023-cü il tarixdən, saat 03:45-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Xaçmaz Rayon Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar