Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1458/2023 07.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X7 X8 yol nəqliyyat hadisələri baş inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Aşağı Zeyid kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: Şəxs 30 oktyabr 2023-cü il tarixdə səhər saatlarında idarə etdiyi “Vaz-2107” markalı, 23BH706 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində hərəkətdə olarkən həmin küçənin M.Ə.Rəsulzadə küçəsi ilə kəsişdiyi hissədə yol ayrıcı keçmə qaydasını pozaraq qarşı tərəfdən gələn X1 idarə etdiyi «Mersedes» markalı, 10XZ580 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla sonuncuya maddi zərər vurmuş, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X7 X8 yol nəqliyyat hadisələri baş inspektoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Şəxs 30 oktyabr 2023-cü il tarixdə səhər saatlarında idarə etdiyi “Vaz-2107” markalı, 23BH706 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində hərəkətdə olarkən həmin küçənin M.Ə.Rəsulzadə küçəsi ilə kəsişdiyi hissədə yol ayrıcı keçmə qaydasını pozaraq qarşı tərəfdən gələn X1 idarə etdiyi «Mersedes» markalı, 10XZ580 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla sonuncuya maddi zərər vurmuş, yoxlama zamanı onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi müəyyən edilərək barəsində müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə göstərdi ki, 30 oktyabr 2023-cü il tarixdə səhər saatlarında idarə etdiyi “Vaz- 2107” markalı, 23BH706 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində hərkətdə olarkən həmin küçənin M.Ə.Rəsulzadə küçəsi ilə kəsişdiyi hissədə bir qədər tələsdiyindən yol ayrıcı keçmə qaydasını pozaraq qarşı tərəfdən gələn, sonradan şəxsiyyəti ona məlum olan X1 idarə etdiyi «Mersedes» markalı, 10XZ580 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxıb onunla toqquşmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinə yol-patrul xidməti inspektorları gəldikdən sonra yoxlama zamanı onun nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsi müəyyən edilərək barəsində müvafiq sənədləşmə işləri aparılmışdır. Törətdiyi xətadan peşmandır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, tərtib olunmuş inzibati xəta haqqında 31 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. İş materiallarında olan “Universal avto servis” tərəfindən verilmiş qüsur aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Mersedes» markalı, 10XZ580 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 ümumilikdə 2655 manat məbləğində maddi zərər dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədil məsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-ol mamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və törətdiyi xətada özünü təqsirli bilərək əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №3(067)-1458/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1458/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver