Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-146/2021 16.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1948-ci ildə Xaçmaz rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu Çax-çaxlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş Xaçmaz RPŞ-dən daxil olmuş inzibati xətaya dair materiala baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilərək baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir ondan ötrü ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Mersedes Benz B170 markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən Mersedes Benz markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Bununla da Şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş əsaslarla təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 01 radələrində Mersedes Benz B170 markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən Mersedes Benz markalı ** GE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur və barəsində müvafiq protokol tərtib edilmişdir. Törətdiyi əməldən peşman olduğunu qeyd etmişdir. Həmçinin o, əlilliyin olmadığını bildimiş və 73 yaşının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından müəyyən olunur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və barəsində tərtib olunmuş inzibati xəta haqqında İXP ******* saylı protokol ilə tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə bu növ inzibati xəta törətməsini nəzərə alaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128, 130 -cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: xx.xx.1948-ci ildə Xaçmaz rayonunda anadan olan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №3(067)-146/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-146/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver