Məhkəmə qərarları › İş №3(067)-1460/2024

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1460/2024

12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1460/2024 12.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, Xaçmaz rayon Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X1 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nümayəndəsi X3 iştirakları ilə hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair toplanmış materiallar müvafiq qərar çıxarılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsindən Xaçmaz rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə Xaçmaz Gömrük İdarəsindən daxil olmuş 29 noyabr 2024-cü il tarixli, 01400-09571/24 nömrəli, EP № ******* seriyalı inzibati xəta haqqında protokolu və digər təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq müəyyən etmişdir ki, 11 noyabr 2024-cü il tarixdə Şəxs tərəfindən Türkiyə Respublikasından 31 N6792/31AQF263, 31NEJ71/31NEJ72 və 99RF861/99ZG578 nömrəli avtomobil nəqliyyatı vasitəsi ilə idxal etdiyi “kənd təsərrüfatı təyinatlı bir dəst damlama suvarma qurğusu” yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır. Bu səbəbdən də Xaçmaz Gömrük İdarəsi Şəxs barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edərək Xaçmaz rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iş materiallarını, işin faktiki hallarını və aşağıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Xaçmaz rayon Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X2 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində təqsirləndirildiyi maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 törədilmiş xətada təqsirini qəbul edərək izahatında göstərmişdir ki, materiallar gömrük ərazisinə gələn zaman bəyan edilməmişdir. Bu da onların əməkdaşlarının səhvidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, hüquqi şəxs Şəxs (VÖEN: **********) “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirməklə idxal etdiyi yüklərə görə qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 noyabr 2024-cü il tarixli, 01400-09571/24 nömrəli, EP № ******* seriyalı inzibati xəta haqqında protokoldan və eyni tarixli, 01400/09249 nömrəli, EP № ******* seriyalı inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə qərardaddan müəyyən olunur ki, 11 noyabr 2024-cü il tarixdə Şəxs tərəfindən Türkiyə Respublikasından 31 N6792/31AQF263, 31NEJ71/31NEJ72 və 99RF861/99ZG578 nömrəli avtomobil nəqliyyatı vasitəsi ilə idxal etdiyi “kənd təsərrüfatı təyinatlı bir dəst damlama suvarma qurğusu” yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə qətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır. Faktla bağlı xx.xx.2024-cü il tarixdə Xaçmaz Gömrük İdarəsində hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati araşdırmaya başlanılmışdır. Xaçamz Gömrük İdarəsində sorğu-sual olunan hüquqi səxs Şəxs MMC-nin nümayəndəsi, Azərbaycan Respublikası vətəndaşı X5 izahatında bildrmişdir ki, hüquqi şəxs Şəxs MMC-də mühəndis vəzifəsində çalışmaqdadır. Şəxs MMC müxtəlif növ suvarma sistemələrinin Azərbaycan Respublikası ərazisinə idxalı və satışı ilə məşğul olur. Türkiyə Respubliaksında qeydiyyatda olan “İBC X6 İnşaat ve İhracat İTH LTD Ti şirkəti ilə bağlanmış müqavilə əsasında 56 hektar ərazinin sulanması üçün 11 noyabr 2024-cü il tarixdə Türkiyə Respublikasından bir dəst damlama suvarma sistemləri idxal edilmişdir. Yükün qabariti böyük olduğu üçün üç yük nəqliyyat vasitəsinə 31 N6792/31AOF263, 31NEJ71/31NEJ72 və 99RF861/99ZG578 nömrə nişanlı yük nəqliyyat vasitələrinə yüklənmişdir. Bunun eyni yük olmasını yük müşayiət sənədləri, invoys və yük gömrük bəyannaməsində də öz əksini tapmışdır. Belə ki, yük gömrük bəyannaməsində yükün bir dəst olması, invoysda isə hər üç yük nəqliyyat vasitəsinin nömrələri qeyd edilmişdir. İdxal edilmiş yükə görə qısa idxal bəyannaməsinin verilməməsinə səbəb kimi Ə.R.Camalov məlumatların gec göndərilməsi olduğunu bildirmişdir. Beləliklə, hüquqi şəxs Şəxs MMC-nin idxal etdiyi “kənd təsərrüfatı təyinatlı bir dəst damlama suvarma qurğusu’’ yükünə görə qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verməmişdir. Bununla da, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati hüquq pozuntusunun tərkibi vardır. İş materiallarına əlavə edilmiş 16 noyabr 2024-cü il tarixli raportlardan da müəyyən olunur ki, 11 noyabr 2024-cü il tarixdə Şəxs tərəfindən Türkiyə Respublikasından **********03568 nömrəli mal qeydiyyat kodu ilə 99RF861/99ZG578 nömrəli, **********03672 nömrəli mal qeydiyyat kodu ilə 31NEJ71/31NEJ72 nömrəli və **********03675 nömrəli mal qeydiyyat kodu ilə 31 N6792/31AOF263 nömrəli avtomobil nəqliyyatı vasitələri ilə idxal etdiyi kənd təsərrüfatı təyinatlı damlama suvarma qurğusu yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair gömrük xidmətinin VAİS-də məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş 29 noyabr 2024-cü il tarixli raportdan da müəyyən olunur ki, 11 noyabr 2024-cü il tarixdə Şəxs tərəfindən Türkiyə Respublikasından 31 N6792/31AOF263, 31NEJ71/31NEJ72 və 99RF861/99ZG578 nömrəli yük nəqliyyatı vasitələri ilə idxal etdiyi kənd təsərrüfatı təyinatlı bir dəst damlama suvarma qurğusu yükünə dair Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1 -ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinə dair Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə 3-33-1700/012/006159, 3-33-1700/012/006160, 3-33-1700/012/006161 saylı raportlar daxil olmuşdur. Raportlar üzrə yük müşayət sənədləri araşdırılarkən qeyd olunan yükün 56 hektar bağ sahəsinin suvarılması üçün 213500,00 ABŞ dolları dəyərində bir dəst suvarma sistemi olduğu müəyyən edilmişdir. İş üzrə izahat verən “İBC İRRİGATİON SYSTEMS" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 yükün bir qaimə əsasında gətirildiyi, qaimədə hər üç yük nəqliyyat vasitəsinin nömrələrinin qeyd edildiyi, bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirildiyi, yalnız yükün qabaritinin böyük olması səbəbi ilə üç yük nəqliyyat vasitəsinə yüklənildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəlgömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar