Məhkəmə qərarları › İş №3(067)-1463/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1463/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1463/2023 14.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1954-cü ildə Xaçmaz rayonunun Cığatay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq Müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-197/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 67500 (altımış yeddi min beş yüz otuz bir) manat tutularaq tələbkar X3 ödənilməli və ekspertiza tədqiqatlarının dəyəri olan 390 manat pul borclu Şəxs tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********), Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs izahat verərək bildirmişdir ki, 2(105)-197/2023-cü il tarixli icra sənədi Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icraatına 18 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur. Daxil olduğu vaxtdan onun tərəfindən borclu Şəxs icraata başlaması haqqında bildiriş təqdim olunmuşdur. Həmin tarixdən bu günə kimi borclu Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə çağrılaraq izahatları alınmışdır. Həmçinin borclunun pensiyası aşkar olunduğu üçün 2023-cü ilin oktyabr ayında onun pensiyasına “İnkassasiya sərəncamı” tətbiq olunmuşdur. Hazırda qeyd olunan icra sənədi üzrə borclu tərəfindən 67531 manat məbləğdə pul tutularaq tələbkarın xeyrinə tam olaraq ödənilmədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə gətirilmişdir. Həmçinin bildirmişdir ki, 03 noyabr 2023-cü il tarixdə borclu Şəxs izahatı alınmış, həmin vaxt hüquq və vəzifələrinə dair bildiriş təqdim olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs tərəfindən Ali Məhkəmənin Plenumuna verilmiş şikayətlə bağlı hər hansı məlumatı yoxdur. Borclunun rəsmi iş yeri, əmlakı olmadığından ödənilməli məbləğ onun pensiyasına yönəldilmişdir. Lakin tələbkar bununla razı deyil, həmin ödənilməli məbləği bütöv olaraq ödənilməsini istəyir. Borclu Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş protokolun təmin olunmasını məhkədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, o, məhkəmə prosesində iştirak edə bilməməsi ilə əlaqədar olaraq qabaqcadan teleqram vurduğunu, lakin onun iştirakı olmadan işə baxıldığından barəsində qəbul edilmiş qərarı düzgün hesab etməyərək Ali Məhkəmənin Plenumuna müraciət etmişdir. O, həmin müraciətin Ali Məhkəmənin Plenumuna 15 gün olar ki, vəkili Ramiz Hacıyev tərəfindən göndərildiyini, lakin həmin müraciəti göndərilməsi ilə əlaqədar onda hər hansı bir sənədin olmadığını bildirmişdir. Həmçinin bildirmişdir ki, 327 manat məbləğdə pensiya alır, həmin borc ilə əlaqədar olaraq oktyabr ayında aldığı pensiyanın 50 faizi bank tərəfindən tutulub. O, 67531 manat məbləğdə borc pulu tələbkardan almadığını bildirmişdir. Həmin məbləği bütöv şəkildə qaytarmağa imkanı olmadığını, pensiyasından tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Ali Məhkəməyə kassasiya şikayəti vermiş, lakin Ali Məhkəmə şikayəti qəbul etməyərək yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarmış və orada qətnamə qəbul olunmuşdur. Şəxs Apellyasiya Məhkəməsinin qətnaməsindən xəbəri olmadığını bildirsə də, həmin məhkəmə prosesində vəkili ilə birlikdə iştirak etmişdir. Həmin qətnaməni qol çəkərək alması ilə bağlı poçtda məlumatlar var. Ondan həmin məbləğdə borc pulu alması barədə səs yazıları, şahidlər və ekspert rəyləri ilə Şəxs dedikləri öz əksini tapmır. Həmçinin bildirmişdir ki, o, Şəxs çoxdan tanıyır, etibarını qazandığı üçün pulun çox hissəsini tanıdığı başqa şəxsdən alaraq ona borc vermişdir. O, həmin məbləği bir neçə dəfə çox olmaqla, nağd şəkildə vermişdir. Həmin borc pulun çox hissəsi başqa şəxsə aid olduğu üçün pulu bütöv şəkildə istədiyini bildirmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu ödəyə bilmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, Qəraraaldı: xx.xx.1954-cü ildə Xaçmaz rayonunun Cığatay kəndində anadan olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar