Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1464/2025 10.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Xaçmaz rayonu, Yekaterinovka kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xaçmaz rayonu, Müşkür kəndində yaşayan. Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Xaçmaz rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Xaçmaz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş 10 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Xaçmaz rayon məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2(067)-2715/2024 saylı icra sənədinə əsasən 28 yanvar 2009-cu il təvəllüdlü X1, 28 sentyabr 2010-cu il təvəllüdlü X2 və 27 noyabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 23 avqust 2024-cü il tarixdən başlayaraq borclu Şəxs hər ay hər bir uşaq üçün 150 manat olmaqla cəmi 450 manat məbləğində alimenti tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilərək icra yönəldilmiş, lakin buna baxmayaraq borclu tələbi qərəzli olaraq icra etməmiş və Xaçmaz rayon İcra və Probasiya Şöbəsində icra məmurunun qanuni tələblərini icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmədə İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə ifadə verərək bildirdi ki, Xaçmaz rayon məhkəməsinin qərarına əsasən üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs 23 avqust 2024-cü il tarixdən başlayaraq hər ay cəmi 450 manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi 26 noyabr 2024-cü il tarixdə İcra Şöbəsinin icraatına daxil olmuşdur. Borclu inzibati xəbərdarlıq olunmuşdur və eyni zamanda izahatları alınmışdır. Bu günə qədər 3780 manat aliment borcu vardır. Bu günə qədər də 2070 manat aliment borcu ödəmişdir. Qeyd olunan borcla bağlı barəsində protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Xaçmaz rayonu ərazisində yerləşən piyada keçidindən keçmək istəyərkən həmin yerdən keçən nəqliyyat vasitəsi onu vurmuşdur. Baş vermiş qəza nəticəsində ayağı və çiyni sınmışdır. Hadisənin baş verdiyi gündən təxminən bir il olar ki, ötür, lakin buna baxmayaraq onun çiyni bitişsə də, ayağı hələdə tam bitişməmişdir. O, bu səbəbdən ikinci dəfə əməliyyat olunmuş və ikinci əməliyyatından sonra onun artıq ayağ sümüyü də bərpa olunmaq üzrədir. Baş vermiş hadisəni törətmiş şəxs yaşlı olduğuna görə o, həmin şəxsdən şikayətçi olmamış, həmin şəxs də onun bütün müalicəsini etdirmişdir. Hal-hazırda da nüalicəsi davam edir. O, özü aşbaz işləməklə gəlir əldə etmişdir, sonuncu iş yeri Xaçmaz rayonunda yerləşən Çeşmə restoranı olmuşdur, hadisə baş verəndən sonra heç yerdə işləyə bilməmiş, uşaqların aliment pulunu isə mərhum anasının aylıq təqaüdü ilə ödəmiş, anası 3 ay olar ki, dünyasını dəyişmişdir. O, alimenti ödəməkdən yayınmamışdır, o, xəstə olmasına baxmayaraq yenə də mütəmadi olaraq aliment borcunu ödəmişdir. Səhhəti bərpa olunandan sonra da yenə aliment pulunu vaxtı-vaxtında ödəyəcəyini məhkəməyə bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, üç qız uşağının olduğunu həmin qız uşaqlarından birinin 11-ci sinifdə, digərinin isə 10cü sinifdə oxuduğunu, o, özü bir böyrəyinin olmadığı halda onların bütün tələbatını ödəməkdə çətinlik çəkdiyini, hətta onların müəllim yanlarına belə göndərməsində əziyyət çəkdiyini, lakin borclu hər dəfə xəsarət almasını bəhanə edərək ona olan aliment borcunu tam ödəməkdən boyun qaçırmışdır. 200 manat ilə övladları saxlanılmasının çox çətin olduğunu və borcludan aliment borcunu tələb etdiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 10 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin onun cəmiyyətdən təcrid edilməməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 500 (beş yüz) manat inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-1464/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1464/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver