Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1465/2025 29.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon Polis Şöbəsinin Dövlət X19 yol nəqliyyat hadisələri baş inspektoru X3, zərərçəkmiş X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Xaçmaz rayonunun Uzun-oba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Xaçmaz rayonunun Uzun-oba kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: 28 avqust 2025-ci il tarixdə Xaçmaz şəhəri N.Nərimanov küçəsi ev 78 mənzil 17-də yaşayan X14 Azərbaycan Respublikası DİN-102 xidmətinə məlumat verərək, Xaçmaz şəhəri, Ü.Hacıbəyov kücəsində idarə etdiyi “VAZ 2106” markali **-BH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “BMW X5” markali **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşmasını və bir nəfərin xəsarət almasını bildirmişdir. 29 avqust 2025-ci il tarixdə Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi ev 96-da yaşayan X5 “sağ bazu sümüyünün travmatik çıxıqı, bədənin müxtəlif nahiyələrinin sıyrılmış yaraları” diaqnozu ilə Xaçmaz MRX-na daxil olması barədə RPŞ-nə məlumat daxil olmuşdur. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 28 avqust 2025-ci il tarixdə saat 23:15 radələrində Xaçmaz şəhəri, Ü.Hacıbəyov kuçəsi ev 35-də yaşayan Şəxs etibarnamə əsasında idarə etdiyi “BMW X5” markali **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla saatda 60 km sürətlə Xaçmaz şəhəri, Ü.Hacıbyov küçəsi ilə hərəkətdə olduğu zaman qəfil idarəetməni itirərək yolun əks istiqamətində yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış X10 məxsus “VAZ 2106” markali **-BH-*** dövlət qeydiyyat nişanİı avtomaşınla toqquşmuş və bundan əlavə həmin vaxt “VAZ 2106” markalı, avtomaşının arxa yük hissəsi yolun kənarında dayanmış vəziyyətdə olan piyadaçı X9 dəyməsi nəticəsində İbrahim Umerov da hadisə yerində xəsarət almışdır. Xaçmaz rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarına əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş və onun əməlində İXM-nin 327.8-ci-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qəbul olunmuş qərarın surəti Xaçmaz RPŞ-nin DYPB-nə göndərilmişdir. Xaçmaz RPŞ-nin DYPB tərəfindən Xaçmaz rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı əsasında Şəxs barəsində xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, o, törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X10 maddi ziyan, X9 yüngül xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X15 X19 yol nəqliyyat hadisələri baş inspektoru X11 göstərmişdir ki, 28 avqust 2025-ci il tarixdə saat 23:15 radələrində Xaçmaz şəhəri, Ü.Hacıbəyov kuçəsi ev 35-də yaşayan Şəxs etibarnamə əsasında idarə etdiyi “BMW X5” markali **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla saatda 60 km sürətlə Xaçmaz şəhəri, Ü.Hacıbyov küçəsi ilə hərəkətdə olduğu zaman qəfil idarəetməni itirərək yolun əks istiqamətində yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış X10 məxsus “VAZ 2106” markali **-BH-*** dövlət qeydiyyat nişanİı avtomaşınla toqquşmuş və bundan əlavə həmin vaxt “VAZ 2106” markalı, avtomaşının arxa yük hissəsi yolun kənarında dayanmış vəziyyətdə olan piyadaçı X9 dəyməsi nəticəsində İbrahim Umerov da hadisə yerində xəsarət almışdır. Xaçmaz rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarına əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş və onun əməlində İXM-nin 327.8-ci-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qəbul olunmuş qərarın surəti Xaçmaz RPŞ-nin DYPB-nə göndərilmişdir. Tərəfindən Xaçmaz rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı əsasında Şəxs barəsində xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanı etiraf etməklə göstərmişdir ki, sürücülüklə məşğuldur. Qarşı tərəfə dəyən ziyanı hissə-hissə ödəyəcəkdir. Barəsində yüngül inzibati tənbeh təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən barəsində zərərçəkmiş X14 göstərmişdir ki, avtomaşınına dəyən ziyanın sığorta şirkəti tərəfindən ödənilməsini gözləyir və hazırda Şəxs şikayəti yoxdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “BMW X5” markali **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşın X8 məxsusdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, “VAZ 2106” markali **-BH-*** dövlət qeydiyyat nişanİı avtomaşın X10 məxsusdur İş materiallarında olan xx.xx.2025-ci il tarixli etibarnamədən müəyyən olunur ki, X2 “QAZ 3110 102 minik” markalı, ** NP *** dövlət nömrə nişanlı avtomaşına dair X4 etibarnamə vermişdir. İş materiallarında olan “MTE və PA” X17 şəxsi Xaçmaz rayon şöbəsinin xx.xx.2025ci il tarixli 580 saylı rəyindən müəyyən olunur ki, X6 xx.xx.2025-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələn xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan “MTE və PA” X17 şəxsi Xaçmaz rayon şöbəsinin xx.xx.2025ci il tarixli 613 saylı rəyindən müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan ƏN-V №133035 seriyalı etibarnamədən müəyyən olunur ki, X13 özünə məxsus “BMW X5” markali **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək səlahiyyətini Şəxs vermişdir. Etibarnamə xx.xx.2029-cu ilədək qüvvədədir. Beləliklə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafı, Xaçmaz rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı, barəsində tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qeyd olunan halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin Qərardan rəsmi qaydada aldığı vaxtdan 10 gün ərzində Xaçmaz rayon Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №3(067)-1465/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1465/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver