Məhkəmə qərarları › İş №3(067)-1468/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1468/2025

13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1468/2025 13.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ HakimƏliyeva Aynur Məhəmməd qızının sədrliyi, X3məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs iştirakı ilə xx.xx.1988-ciildə Xaçmaz rayonu, Tikanoba kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonu, Tikanoba kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 və 528.1-1-ci maddəsi ilə Xaçmazrayon İcravə Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXMnin 528.1 və 528.1-1-ci maddəsi ilə Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. İnzibati xəta haqqında 13 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokola əsasən məlum olur ki, borclu Şəxs 2230 manat borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və xx.xx.2025-ci il tarixli qərar qanuni qüvvəyə mindiyi tarixdən 1 il ərzində təkrar xəta törətmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs bildirdi ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə Şəxs Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra icra sənədi üzrə borclu tələbkarın xeyrinə ödənişlər etmiş, lakin aliment borcunu tam şəkildə ödəməmişdir. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra 1 il ərzində inzibati xətanı təkrar törətmişdir. Həmin icra sənədi üzrə 2580 manat aliment borcu vardır. xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə isə Şəxs qızılların dəyəri, telefonun dəyəri və dövlət rüsumu olmaqla, cəmi 2230 manat borcu qalmışdır. Məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, borclu 02 sentyabr tarixdə 400 manat, 06 sentyabr tarixdə 300 manat, sonuncu dəfə isə 300 manat ödəniş etmişdir. Ötən həftə Şəxs zərərçəkmiş şəxsə 300 manat ödəniş etməyi təklif etmiş, lakin zərərçəkmiş şəxs razılaşmamışdır. Borclu barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunan maddə ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki,o, fəhləlik edərək hər ayın sonunda 450 manat əmək haqqı alır və əlavə gəlir yeri yoxdur. Alimentin ödənişlərini anasının pensiyasından həyata keçirir. O, 40 gün ərzində 1100 manat, sentyabr ayının ödənişi olaraq isə 500 manat ödəniş etmişdir.Həmçinin əmlaka dair borcunu tam olaraq ödəməsi barədə 2 ay möhlət istəmiş, lakin tələbkar ödəniş edə bilməsi üçün şərait yaratmamışdır. Alimentin ödənişlərini etməkdə davam edir və keçən həftənin cümə günü 300 manat ödəniş etmək istəmiş, lakin zərərçəkmişin razılığı olmamışdır, borcu tam məbləğdə ödəməyi tələb etmişdir. O, bu gün 300 manat, 5-10 gün sonra isə 200 manat ödəniş edəcəkdir. O, banka kredit borcunun olduğunu, həmin krediti də birlikdə olanda zərərçəkmiş və onun anası üçün götürmüşdür, lakin indi onlar krediti ödəmirlər, məcbur krediti də o ödəyir. Buna baxmayaraq, iki aydan sonra aliment borcunu və digər borcunu tam olaraq ödəyəcəyini bildirmiş, barəsində baxılan inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs izahat verərək bildirdi ki,o, əmlak və aliment borcunun bötüvlükdə ödənilməsini tələb edir. 3 uşağı var, hər uşağa görə borclu tərəfindən 150 manat aliment ödənilməlidir. Həmçinin o, böyük uşaqlarını müəllim yanına hazırlığa göndərir və bunun müqabilində hər ay 60 manat ödəniş edir. Bundan başqauşaqların gündəlik ehtiyacları da vardır. Borclu vaxtı-vaxtında ödənişlər etmədiyi üçün borc məbləği yığılmış, barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq borclu 500 manat inzibati qaydada cərimə olunmuşdur. Sonradan yenə də ödəniş etmədiyi üçüno bir neçə dəfə müraciətlər etmiş, borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilərkən həbs olunmasın deyə 300 manat ödəniş etməkistəmişdir.Eyni zamanda,borclu hazırda aliment ödənişi etmir, əmlak barədə icra sənədi üzrə də heç bir ödəniş etməmişdir.Borclu Bakıda yaşayan şəxsin bağına qulluq edərək 600 manat qazanc əldə edir. Həmçinin borclunun fındıq, gilas bağı var qazanc həmin bağlardan qazanc əldə etmişdir. O, azyaşlı uşağını özünün nənəsinin yanında qoyub, bəzən işləməyə getməkdədir. Borclu barəsində həbs növündə inzibati tənbeh təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasına tədqiq edilmiş: -Şəxs barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 tərəfindən 13 oktyabr2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim olunmuşdur. -Xaçmaz rayon məhkəməsinin e-2(067)-3069/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasənxx.xx.2019-cu il təvəllüdlü X6 xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 150 manat - cəmi 450 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X8 3 yaşına çatana qədər saxlanması üçün hər ay 50 manat məbləğində aliment (əlavə xərc) tutulub iddiaçı X4 verilsin. Cavabdeh Şəxs 80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. - xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən e-2(067)-3069/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. - Xaçmaz rayon məhkəməsinin e-2(067)-281/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən mebel dəsti yataq və qonaq otağı üçün (1 ədəd Şifoner, 1 ədəd taxt, 2 ədəd servant, 1 ədəd kamot, 2 ədəd tumba, f ədəd termo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədə boy güzgüsü, 1 ədəd televizor altı ) dəyəri 3500 manat, 1 ədəd künc divan 8 ədəd nalçası ilə dəyəri 700 manat, bir ədəd bir nəfərlik taxt (kravat) dəyəri 150 manat, 1 ə sandıq dəyəri 50 manat, 1 ədəd yuyub qurudan midea markalı 6 kq paltaryuyan ma dəyəri 900 manat, 1 ədəd elektrik sobası (tuxovka) dəyəri 150 manat, 1 ədəd ətçəkə maşın dəyəri 150 manat, 1 ədəd ütü dəyəri 60 manat, 1 ədəd sokçəkən dəyəri 50 manat, 1 ədəd tozsoran dəyəri 150 manat, 1 ədəd mikser dəyəri 30 manat, 1 ədəd blender dəyəri 30 manat, 3 ədəd dəmir padnos dəyəri 50 manat, 1 ədəd xalça palıd rəngli kaşmir xalça 3*4 dəyəri 350 manat, 1 ədəd göy xalça 3*4 dəyəri 300 manat, 1 ədəd palıd xalça 2*3 dəyəri 230 manat, 2 ədəd xalça 1*5 və 2*5 cəmi dəyəri 150 mar 4 ədəd ayaqaltı xalçalar 1*0.5 dəyəri 80 manat, döşək dəsti 5 ədəd: 1 ədəd taxt döşə 4 ədəd tək döşəklər; yorğan dəsti: 1 ədəd taxt yorğanı, yun yorğan 2 ədəd sintafon yorğan; ədyallar: 1 ədəd taxt üçün, 2 ədəd tək ədyal ümumi dəyəri 1800 manat, 1 dəs pakrival taxt üçün palıd rəngli dəyəri 180 manat, 1 ədəd taxt pokrivalı dəyəri 70 manai 2 ədəd tək pokrival dəyəri 80 manat, 2 ədəd künc divan üstü dəyəri 80 manat, 1 ədəd göy rəngli pokrival dəyəri 70 manat, 2 ədəd dəst pərdə yataq və qonaq otağı üçün dəyəri 700 manat, 4 ədəd skater dəyəri 115 manat, 5 ədəd postel dəsti dəyəri 200 manat, 2 ədəd pastel dəyəri 40 manat, 14 ədəd yastıq üzü dəyəri 44 manat, Yastıq dəsti 6 ədəd kvadrat şəkilli və 4 ədəd uzunsov dəyəri 122 manat, 12 ədəd nalça dəyən 90 manat, 6 ədəd stul üstü nalça dəyəri 18 manat, 1 ədəd divar saatı dəyəri 30 manat, 1 ədəd divar xalçası dəyəri 25 manat, 3 ədəd uşaq krovatı (taxtı) dəyəri 900 manat, 2 ədəd lüstür dəyəri 160 manat, 5 ədəd qazan dəsti nikel dəyəri 250 manat, 5 ədəd qazan dəsti sadə dəyəri 40 manat, 5 ədəd qazan dəsti tefal dəyəri 130 manat, 1 ədəd süzəy dəyəri 5 manat, 1 ədəd şirli podnos dəyəri 5 manat, 1 ədəd şirli kruşka dəyəri 5 manat, 2 ədəd plastmas çörək qabı qapaqlı dəyəri 10 manat, 4 ədəd plastmas balaca çörək qabı dəyəri 8 manat, 4 xrustal güldan (2 ədəd xrustal, 2 ədəd iran güldanı) dəyəri 60 manat, çaynı serviz cehizlik dəyəri 250 manat, Bagema fuje dəyəri 70 manat, 6 ədəd xrustal sok stəkanı dəyəri 50 manat, 1 ədəd qrafinka dəyəri 30 manat, 6 ədəd sok içən stəkan dəyəri 70 manat, 6 ədəd qrafinka dəyəri 15 manat, 4 ədəd külqabı dəyəri 16 manat, 3 ədəd gülab qabı gözmuncuqlu boşqab çini dəyəri 14 manat, 1 ədəd 3 mərtəbə şirniyyat qabı dəyəri 7 manat, 1 ədəd stol üstü balaca güldan gülləri ilə birlikdə dəyəri 15 manat, 7 ədəd süni gül dəyəri 3 manat, Qartal suviner dəyəri 15 manat, Dəvə suviner dəyəri 30 manat, Buket gül suviner dəyəri 15 manat, 5 ədəd mişka oyuncaqlar cəmi dəyəri 35 manat, 1 ədəd balaca səbət güllərnən süni dəyəri 10 manat, 1 ədəd qız kukla dəyəri 10 manat, 2 ədəd göy rəngli çaynik dəyəri 20 manat, 4 ədəd göy rəngli şirniyyat qabı dəyəri 20 manat, 1 ədəd üzümlü üstü göy rəngli qabı dəyəri 5 manat, 4 ədəd xrustal lotka konfet qabı dəyəri 20 manat, 4 ədəd xrustal ayaqlı lotka konfet qabı dəyəri 20 manat, 2 ədəd sarı rəngli şirniyyat qabı dəyəri 30 manat, 6 ədəd xrustal mürəbbə qabı dəyəri 22 manat, 2 ədəd xrustal konfetqabı dəyəri 8 manat, 2 ədəd dilikli şirniyyat qabı dəyəri 12 manat, 6 ədəd çini limon qabı dəyəri 12 manat, 6 ədəd xrustal limon qabı dəyəri 10 manat, 2 ədəd ananas qənd qabı dəyəri 8 manat, 1 ədəd hava vuran (vintelyator) dəyəri 35 manat, 24 ədəd razetka dəyəri 12 manat, 12 xrustal nəlbəki dəyəri 6 manat, 24 ədəd armudu stəkan dəyəri 20 manat, 30 ədəd nəlbəki dəyəri 25 manat, 12 ədəd stəkan dəyəri 10 manat, Yaşıl serviz nəlbəki dəyəri 12 manat, Ağ qıraqları güllü nəlbəki dəyəri 18 manat, 36 ədəd sürməyi boşqab dəsti dəyəri 108 manat, 18 ədəd sürməyi boşqab dəyəri 54 manat, 2 ədəd göy rəngli duz qabı dəyəri 4 manat, 8 ədəd göy rəngli salfetka qabı dəyəri 24 manat, 8 ədəd bulud qablar dəyəri 56 manat, 36 ədəd buğlama qabı cəmi dəyəri 108 manat, 12 ədəd göy rəngli qatıq qabı dəyəri 18 manat, 2 ədəd düşbərə kəsən dəyəri 4 manat, Qənd doğrayan dəyəri 4 manat, 3 ədəd kəfkir dəyəri 15 manat, 2 ədəd böyük qaşıq dəyəri 10 manat, 24 ədəd xörək qaşığı, 24 ədəd çəngəl, 1 ədəd kartof əzən, 24 ədəd çay qaşığı, 30 ədəd limon çəngəli dəyəri 50 manat, 3 ədəd uşaq döşəyi dəyəri 120 manat, 3 ədəd uşaq yorğanı dəyəri 90 manat, 2 ədəd uşaq ədyalı dəyəri 70 manat, 2 ədəd 5 metrlik karniz, 2 ədəd 3 metrlik karniz dəyəri 70 manat, Uşaq üçün plasmas vanna dəyəri 30 manat, 6 ədəd əl- üz dəsmalı dəyəri 18 manat, 6 ədəd çay dəsmalı dəyəri 12 manat, 2 ədəd hamam dəsmalı dəyəri 20 manat, 2 ədəd albom dəyəri 10 manat, Çini balıqlar 2 ədəd ana, 6 ədəd bala dəyəri 32 manat, 2 ədəd plastmas duz qabı dəyəri 2 manat, 3 ədəd qara şiank dəyəri 25 manat, 1 ədəd manqal dəyəri 60 manat, 1 ədəd plasmas qızıl qabı ! dəyəri 25 manat, 2 ədəd servant qabyığan və əlavə 2 ədəd tumba, 1 ədəd paltar yığan səbət dəyəri 15 manat, 1 ədəd stalbizator dəyəri 50 manat, 8 ədəd göy rəngli ! tacdı qənd qabı dəyəri 40 manat, 8 ədəd pərdə üçün maqnit dəyəri 40 manat, 24 ədəd rezin keks qabı dəyəri 5 manat, Tort kəsən bıçaq dəsdi dəyəri 5 manat, 6 ədəd yağ bıçağı dəyəri 12 manat, 4 ədəd çörək kəsən bıçaq dəyəri 10 manat, Dəmir asılqan dəyəri 12 manat, 6 ədəd plastmas asılqan dəyəri 6 manat, 2 ədəd lampa dəyəri 20 manat, 1 ədəd güzgü dəyəri 10 manat, 1 ədəd qıf dəyəri 1.50 manat, 2 ədəd önlük dəyəri 6 manat, 2 karopka rumka dəyəri 12 manat, 1 ədəd telefon dəyəri 388 manat, 585 əyarlı buta komlekt: 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük, 1 cüt tay sırğa dəyəri 1150 manat, dəyəri 550 manat olan 585 əyarlı 1 ədəd nişan üzük (əmlaklar qətnamə icra olunduğu vaxt mövcud olmasa cavabdehdən alınmalı əmlakların dəyəri) cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilsin. Ödənilmiş 142 manat dövlət rüsumu cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilsin. - xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 tərəfindən e-2(067)-281/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə “İcraata başlamaq haqqında” qərar qəbul olunmuş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. -Xaçmaz rayon məhkəməsinin 3(067)-844/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Elektron sorğulama sənədlərində borclunun adında hər hansı əmlak və ya gəliri müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu“ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 və 528.1-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Qeyd olunan hallara istinad edərək, bir daha bu nəticəyə gəlinir ki, Şəxs əməlində inzibati xətanın tərkibi mövcud deyildir. Göründüyü kimi, inzibati xəta haqqında protokolda ümumi sözlərdən, yəniqanunda qeyd olunmuş maddəni göstərməklə borclunun qərəzli icra vərəqəsini icra etməməsi qeyd edilmiş, lakin protokolda qərəzli icra etməmənin nədən ibarət olması həmçinin, icra etməmənin səbəbinin üzrsüz olması açıqlanmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılaraəsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarınınicrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icraməmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyəvə ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüzsəbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarınınicrası ilə əlaqədar inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsinbir il ərzində hərəkətininicra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn və subyektiv tərəfin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Materiala əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Şəxs tələbkara olan aylıq aliment öhdəliyini yerinə yetirir, həmçinin aliment borcundan ödənişlər edir, yığılıb qalan aliment borcunu isə yaxın zamanda ödəyəcəyinə söz verir. Qeyd olunanlar borclu Şəxs alimentə dair icra sənədi üzrə müəyyən ödənişlər etməsi onun icra sənədindəki tələbin icrasından yayınmağa çalışmadığını göstərir. İXM-in 528.1-1-ci maddəsi ilə məsuliyyət icra sənədindəki tələbin icra edilmədiyi bütün hallar üçün yox, yalnız İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi ilə bağlı, yəni icra sənədindəki tələbin üzrsüz səbəbdən,qərəzli olaraq icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə yaranır. Hazırkı halda Şəxs hərəkətlərində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə bir il ərzində təkrar icra edilməməsi faktı aşkar edilməmişdir. Həmçinin, işdəki sübutlardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcu ödəməkdən qəsdən yayınma halları təsdiq olunmur. Bundan başqa, icra məmuru xx.xx.2025-ci il tarixli əmlak tələbinə dair icra sənədi üzrə borclunun ödəniş etməməsini əsas gətirərək,tərtib edilmiş protokolda onun İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı da törətdiyini qeyd etsə də, məhkəmə icra sənədinin tarixini, borclunun aliment öhdəliyini, kredit öhdəliyini və işin digər faktiki hallarını nəzər alaraq hesab edir ki, qeyd olunanlar borclunun üzrsüz səbəbdən məhkəmə qərarının uzun müddət ərzində, qərəzli olaraq icra etməməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, borclu Şəxs borclarından müəyyən ödənişlər etməsini və qalıq qalan borclarını yaxın zaman ərzində edəcəyinə dair vədi barəsində inzibati xəta haqında icraat aparılan şəxsin əməli qərəzli olaraq törətmədiyini həmçinin, İXM-in 528.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş “..üzrsüz səbəbdən..” şərtinin ödənilməməsi şəxsin əməlində inzibati xəta tərkibinin olmadığını nümayiş etdirir. Həmin əsas inzibati məsuliyyəti istisnaedir. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Beləliklə, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, tərtib olunmuş inzibati protokolda inzibati xətanın nədən ibarət olası, icra sənədinin üzrsüz yerinə yetirilməməsi, inzibati xəta törədən şəxsin hərkətlərinin qərəzliliyinin nədən ibarət olması öz əksini tapmamışdır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin 528.1 və 528.1- 1-cimaddələrindəki inzibati xətanı törədən subyekt deyildir. Buna görə də Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53cümaddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: xx xxxxx 1988-ci ildə Xaçmaz rayonu, Tikanoba kəndində anadan olmuş Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1 və 528.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkibi olmadığından onun barəsində başlanılmış inzibati haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Xaçmaz Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar