Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1469/2025 13.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məmmədova Ruxsalə Əmrah qızının katibliyi, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs (tələbkar) X1, Zərərçəkmiş şəxsin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1973-cü ildə Quba rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz şəhəri, İ.Rəsulbəyov küçəsi 3-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xətaya dair materiala baxaraq müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi üzrə inzibati xəta haqqında material tərtib edilərək baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmişdir ondan ötrü ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1207/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, 44000 (qırx dörd min) manat məbləğində borc pul və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 224 (iki yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu, habelə müqavilənin bağlanmasına görə ödənilmiş 20.50 (iyirmi manat əlli qəpik) manat məbləğində pul cavabdehlər Şəxs və X2 alınaraq iddiaçı X4 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs protokolda qeyd olunanlar ilə eyni məzmunlu izahat verərək bildirmişdir ki, Şəxs Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1207/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən, 44000 (qırx dörd min) manat məbləğində borc pul və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 224 (iki yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu, habelə müqavilənin bağlanmasına görə ödənilmiş 20.50 (iyirmi manat əlli qəpik) manat məbləğində pul cavabdehlər Şəxs və X2 alınaraq iddiaçı X4 verilməsi təmin olunmalıdır. Qərar müvafiq qaydada icraya yönəldilmiş və tələbin könüllü icrasını təmin etmək üçün borcluya bildiriş göndərilmişdir. İş üzrə borclu Şəxs dəfələrlə borcunun ödənilməsi və icra şöbəsinə gəlməsi barədə xəbərdarlıq olunsa da o, icra şöbəsinə gəlməmişdir. Bir dəfə yoldaşı gəlib söz verdi ki, ödəyəcək, lakin heç bir ödəniş olmadı və heç bir əmlakları da yoxdur. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, borcu etiraf edir. 44.000 manat borcu var. Yoldaşı ilə birlikdə almışlar pulu. Yoldaşı Bakıda fəhlə işləyir. Borcunu imkansızlıqdan ödəyə bilməmişdir. Hissə-hissə ödəəməsi üçün ona vaxt verilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, əlilliyi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs (tələbkar) X6 izahat verərək bildirmişdir ki, borc pula görə qətnamədə çıxıb. Oktyabrın 5-də ər-arvad gəldilər və birlikdə razılaşdılar ki, hissə-hissə ödəniş etsinlər. Lakin yayındılar və ödəniş etmədilər. Məhkəmədə zərərçəkmiş şəxs (tələbkar) X1 nümayəndəsi X7 tələbkarın izahatına uyğun izahat verərək borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Xaçmaz Rayon Məhkəməsinin Məhkəməsinin 2(067)-1207/2025 saylı xx.xx.2025ci il tarixli icra sənədinə əsasən, 44000 (qırx dörd min) manat məbləğində borc pul və hüquqi yardıma görə ödənilmiş 300 (üç yüz) manat, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 224 (iki yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu, habelə müqavilənin bağlanmasına görə ödənilmiş 20.50 (iyirmi manat əlli qəpik) manat məbləğində pul cavabdehlər Şəxs və X2 alınaraq iddiaçı X4 verilməsi təmin olunmalıdır. - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tələbin könüllü icrası barədə bildirişi almış və izahatında borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs borcunun olması və ödənilməsinə dair xəbərdarlıq edilmişdir. İş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Belə ki, məhkəmə qətnaməsi icraya yönəldiləndən sonra borclu borcu ödənilməsindən yayınmış keçən müddət ərzində ödəniş etməmişdir. Onun icra sənədindən məlumatı olsa da, tələb olunan qaydada ödəniş etməmişdir. Məhkəmə qətaməsinin icrasından hər hansı üzrlü bir səbəbdən yayınmasını göstərən hərəkət etməmişdir. Göründüyü kimi, onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qəraraaldı: xx.xx.1973-cü ildə Quba rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №3(067)-1469/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1469/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver