Məhkəmə qərarları › İş №3(067)-147/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-147/2023

26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-147/2023 26.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İnzibati xəta haqqında protokol tərtib etmiş Xaçmaz rayon X4 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs, xx xxxxxx 1981-ci ildə Xaçmaz rayonunun Radnikovka kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati tənbehə məruz qalmamış, Xaçmaz rayonunun Ağtala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏNETDİ: 16 yanvar 2023-cü il tarixdə saat 21:00 radələrində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlrı tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs narkotik vasitələrin istifadəsində şübhəli bilinərək Xaçmaz rayon Polis Şöbəsinə dəvət edildikdən sonra üzərinə baxış keçirilərkən üzərindən 0,924 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Xaçmaz rayon X4 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X2 göstərdi ki, Şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi, əkib-becərməsi ilə bağlı daxil olmuş məlumat əsasında 16 yanvar 2023-cü il tarixdə saat 21:00 radələrində o, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşlrı tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli bilinərək Polis Şöbəsinə dəvət edildikdən sonra üzərinə baxış keçirilərkən üzərindən 0,924 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bu barədə müvafiq sənədləşmə işləri aparılmışdır. Məhkəmədə izahat verən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf etməklə göstərdi ki, bir neçə ay əvvəl o, Xaçmaz rayonunu Ağtala kəndində yerləşən pay torpaq sahəsinin yaxınlığındakı meşə sahəsindən yabanı halda narkotik tərkibli çətənə bitkilərinin olduğunu görüb, həmin bitkinin yarpaqlarını yığaraq gələcəkdə öz istifadəsi üçün üzərində saxlamış, bir hissəsini siqaretə doldurub çəksə də bir hissəsini gümüşü rəngli kağıza büküb üzərində saxlamışdır. 16 yanvar 2023cü il tarixdə saat 21 radələrində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları Xaçmaz rayonunun Nərəcan kəndində onu saxlayaraq Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə onun üzərinə baxış keçirilərkən o, növbəti istifadəsi üçün üzərində saxladığı gümüşü rəngli kağız bükülüdə olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Sorğu zamanı o, həmin narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əməlindən səmimi peşmançılıq hissi keçirir, barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 yanvar 2023-cü il tarixli qərar, inzibati xəta haqqında 26 yanvar 2023-cü il tarixli protokol, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetir. Belə ki, inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2023-cü il tarixli 7/51 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədiqiqata təqdim olunmuş üzərində “Şəxs” yazısı və imzaları olan kağız paketdə 01 (bir) ədəd gümüşü rəngli kağız bükülüdə tütünlə qarışıq bitki mənşəli kütlənin tərkibində təmiz çəkisi 0,924 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərfdən sonra marixuananın qalıq çəkisi 0,904 qram təşkil edir. İnzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, aparılmış təhqiqat zamanı Şəxs əməlində cinayət əməli olmadığı müəyyən edilməklə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 yanvar 2023-cü il tarixli qərardan müəyyən olunur ki, inzibati xəta törətmiş şəxs Şəxs torpaq sahəsindən götürlmüş kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə tütünlə qarışıq bitki mənşəli kütlənin tərkibində təmiz çəkisi 0,924 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qablaşdırılıb möhürlənərək Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan “Xaçmaz rayon Mərkəsi Xəstəxanası” Publik hüquqi şəxsinin 26 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Xaçmaz rayonunun Ağtala kənd sakini Şəxs həkim-narkoloq A.Muradxanov tərəfindən müayinə olunmuş və ondan götürülmüş testin nəticəsi “neqativ” kimi qiymətləndirilmişdir. (Narkotik maddələr aşkar olunmamışdır). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 32-ci maddəsinə əsasən Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlindən səmimi peşmançılıq hissi keçirməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətinin ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbehlərdən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübut olan Xaçmaz rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd sellofan bükülüdə tütünlə qarışıq bitki mənşəli kütlənin tərkibində təmiz çəkisi 0,924 qram, tədqiqata sərfdən sonra qalıq çəkisi 0,904 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsininin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut olan Xaçmaz rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd sellofan bükülüdə tütünlə qarışıq bitki mənşəli kütlənin tərkibində təmiz çəkisi 0,924 qram, tədqiqata sərfdən sonra qalıq çəkisi 0,904 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar