Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1470/2025 16.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu X2 tərəfindən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 01 iyul 2025-ci il tarixli, 16/1-113690 saylı qərarından verdiyi şikayət üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏNETDİ: X2 tərəfindən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 01 iyul 2025-ci il tarixli, 16/1-113690 saylı qərarından verdiyi şikayət daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, X2 tərəfindən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 01 iyul 2025-ci il tarixli, 16/1-113690 saylı qərarından şikayət vermə müddətini ötürülmüşdür. Belə ki, iş materiallarında olan qəbzdən görünür ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 01 iyul 2025-ci il tarixli, 16/1- 113690 saylı qərar X1 rəsmi qaydada 18 sentyabr 2025-ci il tarixdə çatdırılmışdır. İş materiallarında olan poçt zərfindən görünür ki, X2 şikayətini poçt rabitəsinə 09 oktyabr 2025-ci il tarixdə təqdim etmişdir. Halbuki, 18 sentyabr 2025-ci il tarixdə alınmış qərardan şikayət vermə müddətinin son günü 08 oktyabr 2025-ci il hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər Belə olan halda hesab edirəm ki, X2 tərəfindən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 01 iyul 2025-ci il tarixli, 16/1-113690 saylı qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin inzibati tənbeh vermə haqqında 01 iyul 2025-ci il tarixli, 16/1-113690 saylı qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №3(067)-1470/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1470/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver