Məhkəmə qərarları › İş №3(067)-1472/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-1472/2022

23.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-1472/2022 23.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlu, X2 tərəfindən inzibati xətaya dair qərardan verilmiş şikayətə baxılmağa hazırlanmasına məhkəmə iclasından kənar prosessual qaydada baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ ******* saylı qərarın ləğv edilməsi və həmin qərar üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan qərarın surətindən müəyyən edilir ki, X2 “Volkswagen Touareg” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində EQ ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərar (elektron) qəbul edilmişdir. İş materiallarında olan 06 sentyabr 2022-ci il tarixli ərizənin surətindən və həmin tarixli izahatın surətindən görünür ki, X2 ərizə ilə Bakı şəhəri Nərimanov rayon Polis idarəsinə müraciət edərək “Volkswagen Touareg” markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilə aid elektron qərarların indiyədək ona təqdim edilmədiyini bildirərək həmin qərarların kağız daşıyıcıda rəsmi qaydada ona təqdim edilməsini xahiş etmiş, “İzahat”da həmin qərarların surətlərinin qeyd olunan ərizəsinə əsasən ona verildiyini bildirmişdir. Lakin iş materiallarından müəyyən edilir ki, X2 bundan da əvvəl xx.xx.2022-ci il tarixli, EQ ******* saylı qərarın ləğv edilməsi üçün şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin şikayətində isə qeyd olunan qərarın surəti mövcud olmuş, lakin həmin şikayət üzrə məhkəməyə təqdim edilmiş sənədlərlə şikayətdə qeyd olunmuş inzibati tənbehvermə haqqında qərarın şikayətçiyə nə vaxt rəsmi qaydada verildiyini təsdiq edən heç bir sənəd əlavə edilmədiyindən və bununla da həmin qərardan şikayətvermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmadığından məhkəmənin 24 avqust 2022-ci il tarixli, 3(067)-1316/2022 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Həmçinin şikayətçiyə inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə səlahiyyətli orqana müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi, X2 qeyd olunan qərarı 06 sentyabr 2022-ci il tarixindən əvvəl əldə etmiş, lakin həmin qərardan şikayət verilməsi müddətinin bərpasına dair səlahiyyətli orqana vəsatətlə müraciət etmək əvəzinə, ərizə ilə qərarların ona təqdim edilməsi üçün müraciət etmişdir. Bundan başqa, X1 hazırkı şikayəti onun tərəfindən məhkəməyə 20 sentyabr 2022ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 -57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilməsi qaydaları müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbehvermə haqqında qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbehvermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə səlahiyyətli orqana müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, EQ ******* saylı qərardan verdiyi şikayəti geri qaytarılsın. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar