Məhkəmə qərarları › İş №3(067)-1472/2023

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1472/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1472/2023 24.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, qərarından şikayət verilmiş Qobustan RPŞ-nin Yol Patrul Xidməti X1, şikayət vermiş şəxs X3 iştirakı ilə, X5 tərəfindən Qobustan RPŞ-nin Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Qobustan RPŞnin Yol Patrul Xidmətinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, X5 xx.xx.2023-cü il tarixdə, gündüz saatlarında Bakı-Qəbələ yolu istiqamətində hərəkərdə olarkən Qobustan RPŞ-nin YPX-nin inspektoru tərəfindən saxlanılaraq barəsində 30 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq olunmuşdur. O, avtomobili idarə edərkən Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ilə kəsişməsində yerləşən dairədən düz hərəkət etdiyi üçün sağa dönmə siqnalından istifadə etməmişdir. Odur ki, barəsində cərimə tənbeh növü təyin olunması barədə qərardan məhkəməyə şikayət vermişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə, gündüz saatlarında Bakı-Qəbələ yolu istiqamətində hərəkərdə olarkən Qobustan RPŞ-nin YPX-nin inspektoru tərəfindən saxlanılaraq barəsində 30 manat məbləğində cərimə tətbiq olunmasını doğru hesab etməmişdir. Belə ki, o, avtomobili idarə edərkən Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ilə kəsişməsində yerləşən dairədən düz hərəkət etdiyi üçün sağa dönmə siqnalından istifadə etməmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Qobustan rayonu ərazisində xidmətdə olduğu zaman Bakı- Şamaxı-Yevlax yolunda hərəkətdə olan “Hundaı Veloster” markalı minik vasitəsi baş yolda hərəkətini bitirərək rayon ərazisinə daxil olmuşdur. Həmin yolda yol nişanları olmasına baxmayaraq dönmə siqnalından istifadə etməmişdir. O, həmin nəqliyyat vasitəsini işarə verərək saxlamış, sürücülük vəsiqəsi və digər sənədlərini yoxlamış, şikayət vermiş şəxs ona naviqatordan istifadə etdiyini bildirmişdir. O, şikayət vermiş şəxsi yol hərəkəti haqqında qanunun 73-cü maddəsinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəyə əsasən 30 manat məbləğində cərimə etmişdir. Məhkəmə ərizəçinin, qərarından şikayət verilmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Qobustan RPŞ-nin YPX-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından və digər iş materiallarından görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə 30 manat məbləğində cərimə olunmuşdur. Belə ki, iş materiallarında olan 01 ədəd audio-video diskə məhkəmə iclas zalında baxış keçirilən zaman müəyyən edilmişdir ki, X5 istifadəsində olan “HUNDAİ VELOSTER” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmuşdur. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunub-olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Belə ki, məhkəmə iclasında X3 şikayət ərizəsi əsasında Qobustan RPŞ-nin YPX tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara istinad olunaraq iş materiallarında sübut kimi yalnız həmin qərarı əlavə etməklə kifayətlənmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı : Şikayətçi Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, ev 72-də qeydiyyatda olan X5 tərəfindən Qobustan RPŞ-nin YPX-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Əliyeva .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar