Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1472/2025 19.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Şikayət verən şəxs Xaçmaz rayon Qımıl-Qışlaq Bələdiyyəsinin sədri X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X6 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin inzibati tənbeh vermə haqqında 22 iyul 2025-ci ii tarixli, MN № 21000270 saylı qərarından verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i : Xaçmaz rayon Qımıl-Qışlaq Bələdiyyəsinin sədri X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin inzibati tənbeh vermə haqqinda 22 iyul 2025-ci ii tarixli, MN № 21000270 saylı qərarın ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin inzibati tənbeh vermə haqqında 22 iyul 2025-ci il tarixli, MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən vəzifəli şəxs kimi 1000 (min) manat məbləğində cərimə edilmişdir. Qərarın surətini xx.xx.2025-ci il tarixdə almışdır. Qərarla razı deyil, hesab edir ki, həmin qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərarın qəbul edilməsinə səbəb kimi göstərilir ki, Azərbaycan Respublikası Xaçmaz rayonu, Qımıl-Qışlaq bələdiyyəsi ilə X10, X4, X5, X11, X8, X17 arasında minimum əməkhaqqından aşağı məbləğə əməkhaqqının mövcud olmasıdır. Bildirir ki, X15 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinin əməkdaşları heç bir yoxlama aparmadan onu cərimə ediblər. 2025-ci il yanvar ayının 1-dən Xaçmaz rayon Qımıl-Qışlaq kənd bələdiyyəsinin işçilərinin minimum əmək haqqı 400 manatdan hesablanmış və ödənilmişdir. Məhkəmə iclasında X3 izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin inzibati tənbeh vermə haqqında 22 iyul 2025-ci il tarixli, MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən vəzifəli şəxs kimi 1000 (min) manat məbləğində cərimə edilmişdir. 2025-ci ilin yanvarın 1-dən işçilərin maaşını “asan imza” vasitəsi ilə 400 manat təyin etmişdir. Buna uyğun olaraq da sosial müdafiə ödənişlər, vergilər tutulub. Aprel ayından isə bələdiyyələrin birləşməsindən sonra əmək haqqını qaldırmış və yenidən sistemə düzəliş etmişdir. Sonradan onlara Əmək Müfəttişliyindən zəng gəldi ki, dəyişikliklər sistemə oturmayıb. Heç bir işçiyə minimium əmək haqqından aşağı əmək haqqı hesablanmamışdır. Müfəttişlikdən əmək müqavilələrinə dəyişikliklərin “sima” imzası ilə təsdiqlənməli olduğunu bilməmişlər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin nümayəndəsi X18 izahatında göstərmişdir ki, işçilərin müqavilələrinə dəyişikliklər 2025-ci ilin yanvarın 1-də yox, iyulun 31-də olunmuşdur. Elektron qərar çıxarılıb minimium əmək haqqından aşağı əmək haqqı ilə bağlı. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. - İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti tərəfindən təqdim olunmuş məlumatdan görünür ki, X12 ilə bağlanmış əmək müqavilələrinə sonuncu dəyişikliklər xx.xx.2023-cü il tarixdə əmək haqqı - 345 manat, xx.xx.2025-ci il tarixdə - 400 manat qeyd olunmaqla edilmiş, X7 ilə bağlanmış əmək müqavilələrinə sonuncu dəyişikliklər xx.xx.2023-cü il tarixdə əmək haqqı - 351 manat, xx.xx.2025-ci il tarixdə - 450 manat qeyd olunmaqla edilmişdir. - Qərardan şikayət vermiş şəxs tərəfindən təqdim olunmuş Qımıl-qışlaq bələdiyyəsinin 2025-ci ilin yanvar ayından iyun ayına kimi olan dövr üçün əmək haqqı hesablama cədvəllərindən müəyyən olunur ki, cədvəldə adları göstərilən işçilərə 2025-ci ilin yanvar ayından iyun ayına kimi 400 manatdan aşağı əmək haqqı hesablanmamışdır. - “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” X32 "xxxx" MMC X28 Filialının Xaçmaz Rayon Məhkəməsinin sorğusuna verilmiş xx.xx.2025-c il tarixli, XRPF8/659 saylı cavabından müəyyən olunur ki, Xaçmaz rayonu Qımılqışlaq bələdiyyəsinin (VÖEN: **********) 2025-ci ilin yanvar-iyul ayları üzrə aşağıda adları qeyd olunan işçilərin ayrı-ayrılıqda kart hesabına köçürülmüş əmək haqqı aşağıdakı kimidir:
1. X3 - 1140.0 manat
2. X12 - 1140.0 manat
3. X7 - 1140.0 manat
4. X13 - 1430.0 manat
5. X9 - 1140.0 manat
6. X19 - 1240.0 manat - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin inzibati tənbeh vermə haqqında 22 iyul 2025-ci il tarixli, MN № ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən vəzifəli şəxs kimi 1000 (min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhälinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin inzibati tənbeh vermə haqqında 22 iyul 2025-ci il tarixli, MN № ******* saylı qərarının əsassız olmasına dair şikayətçi tərəfindən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Göründüyü ki, işçilərin əmək müqavilələrinə əmək haqqının artırılması ilə bağlı dəyişikliklər inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi 22 iyul 2025-ci il tarixindən sonra edilmişdir. 2025-ci ilin yanvar-iyun aylarında işçilərə faktiki ödənilmiş əmək haqqı məbləğlərinin müəyyən olunmuş minimum aylıq əməkhaqqından aşağı olduğu aşkardır. Bununla yanaşı məhkəmə qeyd edir ki, şikayət ərizəsində qeyd olunanlar (o cümlədən əmək müqavilələrinə daha əvvəl “asan imza” ilə dəyişikliklərin edilməsi) iş materialları ilə sübuta yetirilmir. İş materiallarından müəyyən olunur ki, şikayət verən şəxs Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı :
X3 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin inzibati tənbeh vermə haqqında 22 iyul 2025-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi barədə verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin inzibati tənbeh vermə haqqında 22 iyul 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Samir Bayramov