Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1478/2023 30.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, şikayət vermiş şəxs X4 iştirakı ilə, X6 tərəfindən DİN-nin BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 17489308, EQ 17492115 və xx.xx.2023-cü il tarixli EQ 17493407, EQ 17489736 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi barədə verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i : X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində DİN-nin BDYPİnin xx.xx.2023-cü il tarixli, EQ 17489308, EQ 17492115 və xx.xx.2023-cü il tarixli EQ 17493407, EQ 17489736 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs şikayət ərizəsini onunla əsaslandırmışdır ki, maşın onun adına qeydiyyatda olub, lakin sürücülük vəsiqəsi olmadığı üçün atası idarə edib. Bakı şəhərinə saatda 90 km sürət göstərilən yolda atası maşını saatda 100 km sürətlə hərəkət edib. O, maşının özünün adına qeydiyyatda olduğu üçün üç dəfə 300 manat olmaqla bir dəfə 100 manat cərimə adına gəlib. Dəfələrlə DİN-nin BDYPİ-yə yanlışlığın düzəldilməsi barədə müraciət etsə də, oradan ona 1 ay ərzində yoluna qoyulacağı deyilmiş, lakin hələ də heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirmişdir ki, öz maşını nasaz olduğundan 15 oktyabr tarixdə axşam saatlarında Bakı şəhərinə gedərkən və oradan qayıdarkən Vüsal Şahkərimovun maşınını idarə etmişdir. Radarı görmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin və şahidin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, X6 DİN-nin BDYPİ-nin EQ xx.xx.2023-cü il tarixli 17489308 nömrəli qərarına əsasən 100 manat məbləğində, EQ 17492115 nömrəli qərara əsasən 300 manat məbləğində və xx.xx.2023-cü il tarixli EQ 17493407 nömrəli qərara əsasən 300 manat məbləğində, EQ 17489736 nömrəli qərara əsasən 300 manat məbləğində cərimə olunmuşdur. İş materiallarından müəyyən olunur ki, X6 DİN-nin BDYPİ-yə ərizə ünvanlayaraq xx.xx.2023-cü il tarixdə, ona məxsus 77HV043 dövlət nömrə nişanlı, “VAZ2107” minik markalı nəqliyyat vasitəsini Bakı şəhərindən Xaçmaz rayonu istiqamətində gələn zaman səhhətində olan problemlərə görə atası X3 idarə etdiyini, barəsində təyin olunmuş EQ 17489308, EQ 17492115, EQ 17493407, EQ 17489736 nömrəli cərimə qərarlarını sürət həddini aşmağına görə atası X1 vəsiqəsinə yazılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, şikayət vermiş şəxsin atası X2 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 15 və 16 oktyabr 2023-cü il tarixlərdə oğluna etibarnamə əsasında məxsus olan “VAZ2107” minik markalı 77HV043 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini özü idarə etmişdir. Qeyd olunanlardan göründüyü kimi, məhkəmə araşdırması zamanı inzibati xətanın baş verməsini sübut edən sənədlər və ya görüntülər məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İXM-nin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: Azərbaycan Respublikasının İXM-nin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.3-cü maddəsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; Azərbaycan Respublikasının İXM-nin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması; Azərbaycan Respublikasının İXM-nin 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunubolunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X6 DİN BDYPİ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 17489308, EQ 17492115 və xx.xx.2023-cü il tarixli EQ 17493407, EQ 17489736 nömrəli qərarlar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı : Şikayət qismən təmin edilsin. X6 tərəfindən DİN-nin BDYPİ-nin xx.xx.2023-cü il tarixli, EQ 17489308, EQ 17492115 və xx.xx.2023-cü il tarixli EQ 17493407, EQ 17489736 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verilmiş şikayət qismən təmin edilsin. Qərarlar ləğv edilərək yenidən baxılması üçün DİN-nin BDYPİ-yə göndərilsin. Qərardan 10 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №3(067)-1478/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1478/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver