Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-148/2023 26.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Xaçmaz rayon X5 təhlükəsizlik bölməsinin polis sahə rəisi polis kapitanı X3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1989-cu ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Xaçmaz rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 24 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Xaçmaz şəhəri N. Nərimanov küçəsində icarəyə götürüb işlətdiyi kafeyə gələrək sonuncu ilə mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlətdiyindən barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə etmiş şikayət əsasında Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq daxil olmuş şikayətin araşdırılması məqsədi ilə Xaçmaz rayon Polis Şöbəsinə dəvət edildiyi zaman o, kafenin qarşısında ətrafda olan vətəndaşların yanında ucadan nalayiq söyüşlər söyərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Xaçmaz rayon X5 təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı X4 göstərdi ki, Şəxs 24 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 Xaçmaz şəhəri N. Nərimanov küçəsində icarəyə götürüb işlətdiyi kafəyə gələrək sonunsu ilə mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlətdiyindən barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə etmiş şikayət əsasında Şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq daxil olmuş şikayətin araşdırılması məqsədi ilə Xaçmaz rayon Polis Şöbəsinə dəvət edildiyi zaman o, kafenin qarşısında ətrafda olan vətəndaşların yanında ucadan nalayiq söyüşlər söyərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olan xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu səbəbdən Şəxs barəsində müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə izahat verən inzibati xəta törətmiş şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, zərərçəkmiş şəxslər onun qeyri rəsmi nikahda olmuş şəxsin atası və anasıdır. Onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. O, onların qızı ilə qeyri rəsmi yaşamış və həmin nikahdan onun bir oğlan övladı dünyaya gəlmişdir. Həmin oğlunu görməsi üçün qızın atası yəni iş üzrə Zərərçəkmiş şəxs1 icarəyə götürüb işlətdiyi kafeyə gedərək görüşmək istədiyini bildirsə də, iş üzrə zərərçəkmiş şəxs hər dəfəsində ona oğlu ilə onu görüşdürəcəyini bildirmiş, lakin oğlunu ona göstərməmişdir. Bu səbəbdən o, əsəbləşərək onu nalayiq ifadələrlə söymüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, iş üzrə inzibati xəta törətmiş şəxs Şəxs dəfələrlə onun yaşadığı ünvana gələrək iş üzrə digər zərərçəkmiş şəxs olan həyat yoldaşı Zərərçəkmiş şəxs2, sonuncu dəfə 24 yanvar 2023-cü il tarixdə isə Xaçmaz şəhəri, N.Nərimanov küçəsində icarəyə götürüb işlətdiyi kafeyə onun yanına gələrək uşağla görüşmək istədiyini bildirməklə onunla mübahisə edərək onu söyüb təhqir etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində şikayətçidir və barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmə xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 da məhkəmə icasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında 24 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsi məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun cəmiyyətdən təcrid edilməklə islah edilməsinin mümkünlüyünü nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuna və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materiallarında olan 24 yanvar 2023-cü il tarixli, 24 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 yanvar 2023-cü il tarixdə saat 17:50 radələrində tutulmuş, 25 yanvar 2023-cü il tarixdə saat 17:02-də həbsdən azad edilmişdir. Odur ki, X2 24 yanvar 2023-cü il saat 17:50-dən 25 yanvar 2023-cü il saat 17:02-dək tutulduğu 01 (bir) gün müddət, ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) gün inzibati həbs tənbeh tədbiri saxlanılmalıdır. Həbsin əvvəli 26 yanvar 2023-cü il tarixdən saat 17:05-dən hesablanmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-49, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 03 (üç) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs 24 yanvar 2023-cü il saat 17:50-dən 25 yanvar 2023-cü il saat 17:02-dək həbsdə saxlanıldığı 01 gün müddət ona təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində qəti olaraq 02 (iki) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbsin əvvəli 26 yanvar 2023-cü il il tarixdən saat 17:05-dən hesablansın. Qərarın icrası Xaçmaz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN SƏRXAN SƏMƏDZADƏ Düzdür: HAKİM XİDİR QULİYEV.
Məhkəmə qərarları › İş №3(067)-148/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-148/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver