Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 3(067)-1480/2025 16.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Xaçmaz rayonunun Şollar kəndində yaşayan - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi üzrə Xaçmaz RPŞ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində Xudat-Qusar yolunda idarə etdiyi “Vaz 2101” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən ictimai qaydanı nümayişkaranə şəkildə pozan qərəzli hərəkətlər, yəni avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Xaçmaz rayon Polis Şöbəsinin DYPB-nin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kapitanı X2 izahatında göstərmişdir ki, Şəxs, xx.xx.2025-ci il tarixdə tanışlarının toy karvanında nömrəsiz idarə etdiyi avtomobil ilə avtoxuliqanlıq edərək sonradan həmin görüntünü sosial şəbəkədə paylaşmış, bununla da Azərbaycan Respublikası İXM-nin 511.1.2-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, bu səbəbdən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, törətdiyi inzibati xətanı etiraf edir və əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan: - Şəxs Xaçmaz Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatında göstərir ki, xx.xx.2025-ci il tarixdə tanışı Xəzər Xudiyevin qardaşının toy karvanında etibarnamə əsasında özünə məxsus olan “Vaz 2101” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili nömrə nişanı olmadan idarə edərkən ziqzaqvari hərəkətlər edərək avtoxuluqanlıq etmişdir; - Diskdəki görüntülərə əsasən Şəxs toy karvanında “Vaz 2101” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili nömrə nişanı olmadan idarə edərkən ziqzaqvari hərəkətlər edərək avtoxuluqanlıq etmişdir; Məhkəmə, proses iştirakçılarının izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş xətanın tərkibi vardır. Bu xətanın törədilməsi məhkəmədə Şəxs özü tərəfindən də etiraf olunur, məhkəmədə tədqiq olunmuş dəlillərlə, o cümlədən diskdəki olan görüntülər və barəsində icraat aparılan şəxsin məhkəməyədək vermiş olduğu izahatı ilə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə (511.1.1-ci maddə); mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə (511.1.2-ci maddə); mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına (511.1.3-cü maddə) görə məsuliyyət nəzərdə tutur Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini və digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinə görə nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, cərimə növündə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması hissəsində Daxili İşlər Nazirliyinin BDYPİ-nin Xaçmaz rayonunda 2 Saylı Rayonlararası Qeydiyyat-İmtahan və X4, cərimə hissəsində isə Xaçmaz rayon Polis Şöbəsinə tapşırılsın. Qərarddan rəsmi qaydada aldığı vaxtdan 10 gün ərzində Xaçmaz rayon Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrli̇ k edən: Nərmi̇ n Abi̇ yeva
Məhkəmə qərarları › İş №3(067)-1480/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №3(067)-1480/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver