Məhkəmə qərarları › İş №3(067)-149/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №3(067)-149/2021

22.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 3(067)-149/2021 22.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati protokoldan verdiyi şikayətin icraata qəbulu məsələsinə baxaraq, MÜƏYYƏN E T D İ M: Xaçmaz rayon məhkəməsinin icraatına X1 xx.xx.2021-ci il tarixli MN ******* saylı inzibati protokoldan verdiyi şikayət daxil olmuşdur. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Şikayət ərizəsində ərizəçinin harada yaşaması barədə məlumat olmadığı üçün, onun faktiki hansı məhkəmə müraciət etməsini müəyyən etmək mümkün deyil. Lakin şikayətin məzmunundan,aydın şəkildə məlum olur ki, şikayətçi X2 barəsində inzibati xəta haqqında protokol kirayə müqaviləsi üzrə yaşadığı ünvanın qarşısında tərtib olunub. Deməli şikayətçi qeydiyyatda olduğu Xaçmaz rayonu, ünvan 1 ünvanında yaşamır. Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 1-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Əlavə olaraq iş materiallarında olan poçt zərfindən görünür ki, şikayətin göndərildiyi yer ünvan 2 (AZ1154) ünvanında yerləşir. Odur ki, X1 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər qeyd olunan ünvana geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx.xx.2020-ci il tarixli qərarına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar